''15 ildir sandıq düzəltməklə məşğulam''

Seyfəddin sandıq üçün istifadə olunacaq taxtaları təyin elədiyi ölçüdə kəsərək, hazır vəziyyətə salır

Seyfəddin sandıq üçün istifadə olunacaq taxtaları təyin elədiyi ölçüdə kəsərək, hazır vəziyyətə salır

Seyfəddin Əzizov Masallının Ərkivan kəndində anadan olub. 15 ildir ki, öz kəndlərində sandıq hazırlamaqla məşğuldur. Sandıq hazırlamağı atasından öyərndiyini deyir:

"15 ildir ki, sandıq düzəltməklə məşğulam. İlk günlər atamla birlikdə işləyərdim. İndi özüm sərbəst işləyirəm. Bir günə 1-2 sandıq hazırlaya bilirəm".

Sandıqların qiyməti ölçüsünə görə dəyişir. 10 manatdan başlayaraq 70 manata qədər uzana bilər. Sifarişlərin daha çox qonşu kənd və rayonlardan olduğunu deyir.

Sandıq hazırlamaq üçün isə taxtanın 1 kubunu 300 manata alır: "Hazır taxta alırıq. 1 kub taxtanı 300 manata alırıq. 1 kubdan da təxminən 10-12 sandıq hazırlamaq mümkündür".

Sandıq almaq üçün Seyfəddingilə qonşu kəndlərdən də çoxlu sifarişlər gəlir. 

Seyfəddin sandıq üçün istifadə olunacaq taxtaları təyin elədiyi ölçüdə kəsərək, hazır vəziyyətə salır

Seyfəddin sandıq üçün istifadə olunacaq taxtaları təyin elədiyi ölçüdə kəsərək, hazır vəziyyətə salır

Hazırlanmış sandıqların üzərinə metal üzlük vurulur ki, daha uzunömürlü olsun

Hazırlanmış sandıqların üzərinə metal üzlük vurulur ki, daha uzunömürlü olsun

Usta gün ərzində 1-2 sandıq hazırlaya bildiyini deyir

Usta gün ərzində 1-2 sandıq hazırlaya bildiyini deyir

Sifarişdən asılı olaraq istənilən rəsmi çəkmək də mümkündür

Sifarişdən asılı olaraq istənilən rəsmi çəkmək də mümkündür

Kənardan baxanda sadə görünsə də, olduqca səbr və səliqə tələb edən işdir

Kənardan baxanda sadə görünsə də, olduqca səbr və səliqə tələb edən işdir

Sandıqların ölçüləri sifarişçilərin istəyinə uyğun olaraq dəyişir

Sandıqların ölçüləri sifarişçilərin istəyinə uyğun olaraq dəyişir

''İş daha sürətli olsun deyə əvvəlcə bütün taxtaları kəsib hazır qoyuram, daha sonra kəsilmiş taxtalarla sandıq hazırlamağa başlayıram''

''İş daha sürətli olsun deyə əvvəlcə bütün taxtaları kəsib hazır qoyuram, daha sonra kəsilmiş taxtalarla sandıq hazırlamağa başlayıram''

İstəyə uyğun olaraq sandıqların üzərində rəsmlər də çəkmək mümkündür

İstəyə uyğun olaraq sandıqların üzərində rəsmlər də çəkmək mümkündür

''Sifarişçilərin böyük hissəsi milli ornametli rəsmlərə üstünlük verir''

''Sifarişçilərin böyük hissəsi milli ornametli rəsmlərə üstünlük verir''

''Əvvəl atamla birlikdə işləyirdim, indi isə özüm tam sərbsət olaraq çalışıram''

''Əvvəl atamla birlikdə işləyirdim, indi isə özüm tam sərbsət olaraq çalışıram''

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/16c30t

Ən çox baxılan