None

Mənbə: 

ABŞ-ın lobbiçilik firması Azərbaycanın şöhrətini ''yuyur''

Araşdırma Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc olunub

Azərbaycanın “pulyuyan maşın”ından çıxan pulun bir hissəsi, 2,5 milyard avro (2,9 milyard ABŞ dolları) gizli pulların yuyulması planı və kölgə fondu vasitəsilə 2012-2014-cü illər arasında ölkədən çıxarılaraq 10 ildən çoxdur ki, ABŞ hökumətinə lobbiçilik etməsi üçün Virciniya firmasını kirayə götürən özəl Azərbaycan təşkilatına ötürülüb.

Mütəşəkkil Cinayətkarlıq Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) daha öncə xəbər verdiyi kimi fonddakı digər pullar bəzi jurnalistlərin və müxalifət fəallarının həbs edildiyi bir vaxtda prezident İlham Əliyev rejimi haqqında yüksək səslə çıxış edən Avropa siyasətçilərinin bank hesablarına ötürülərək, Azərbaycan hökumətinin siyasi gündəmini dəyişdirmək üçün istifadə olunub. Fondların mənbəyi dəqiq məlum deyil, gizli balıqqulağı şirkətlərin arxasında gizlənib. Lakin bunun arxasında avtoritar ölkənin hakim elitasının dayandığını sübut edən bir çox dəlil var.

Yeni araşdırma pulyuyan maşının mərkəzində dayanan, real sahibləri və direktorları olmayan iki balıqqulağı şirkət tərəfindən Bakıda yerləşən “Renaissance Associates” adlı gizli təşkilata milyonyarım dolların necə köçürüldüyünü ortaya çıxarıb.

Bu qrup həmçinin ABŞ üçün lobbiçilik edən şirkəti Azərbaycanı tərifləməyə təşviq edib və xarici yardım büdcələrini müəyyən edən komitələrdə oturan senatorlar və nümayəndələr də daxil olmaqla, qrup nümayəndələri kampaniya ianələrindən minlərlə dollar qazanıb.

Həm Avropa, həm də Amerika lobbiçilik cəhdinin mərkəzində eyni adam dayanır. İtaliyalı prokurorların dediyinə görə, Azərbaycan parlamentinin üzvü Elxan Süleymanov İlham Əliyevin 2011-ci ilin sonunda başlanğıcını qoyduğu "Azərbaycan 2020: Gələcəyə gülümsə" adlı imicini inkişaf etdirmək üçün təcavüzkar bir planın həyata keçirilməsində məsuldur.

Süleymanov Bakıda rejimə xidmət edən təşkilatı idarə edir və həmin şirkət “Renaissance” təşkilatı ilə əl-ələ çalışır, hətta eyni ofisdən istifadə edir.

“Renaissance” təşkilatının Süleymanov ilə, ya da Azərbaycan hökumətinin hər hansı bir nümayəndəsi ilə rəsmi əlaqəsi olmasa da, sistem ABŞ lobbiçilik firmasına imkan verir ki, Xaricilərin Qeydiyyat Aktına uyğun olaraq xarici dövlətlərin maraqlarını təmsil edənlərin etdiyi kimi əlaqələrini açıqlamasın.
Digər ödənişlər Prezident İlham Əliyevə yaxın olan, özünü “miqrasiyanın uğur hekayəsi” kimi təqdim edən, Ohayoda yaşayan nüfuzlu neft və qaz məsləhətçisinə ötürülüb. Baxmayaraq ki, o, öz vətəni adından Amerika hökumətinə lobbiçilik edir.

“Azərbaycanın Renesansı”

Azərbaycanın “pulyuyan maşın”ının qeydlərinə görə, planın mərkəzində dayanan iki balıqqulağı şirkəti - “Metastar Invest” və “Hilux Services” 2012-ci ilin sentyabrından 2014-cü ili dekabrına kimi “Renaissance Associates” təşkilatına ümumi dəyəri 1,655,649 ABŞ dolları olan 18 ödəmə edib.

Bakıda yerləşən və İsveçrənin Zuq şəhərində ofisləri olan “Renaissance” təşkilatının "iş adamları, pedaqoqlar və investorlar konsorsiumu" olduğu iddia edilir. Onun məqsədi "1991-ci ildə müstəqillik əldə edəndən bəri demokratik prinsiplərə və daha çox vətəndaş cəmiyyətinə olan davamlı öhdəliyini ictimailəşdirərək, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı nüfuzunu artırmaq üçün kömək etməkdir”.

Ancaq təşkilata dair məlumatlar kifayət deyil. Təşkilatın heç bir veb saytı və ya əlaqə məlumatı, eləcə də konsorsiumun ictimaiyyətə açıqlanan üzvü yoxdur. Son 14 il ərzində təşkilatın görünən fəaliyyəti sadəcə Virciniya ştatının Aleksandriya şəhərində yerləşən “Bob Lawrence & Associates” (BL&A) adlı lobbiçilik firması ilə əməkdaşlıq etməsidir.

“Renaissance” “BL&A” firmasının yeganə beynəlxalq müştərisidir. Firmanın rüblük lobbiçilik hesabatlarına görə, 2012-ci ilin iyul ayından 2015-ci ilin dekabr ayına qədər “Renaissance” təşkilatından gələn gəlirlər 1,533,000 ABŞ dollar təşkil edib. Mövcud məlumatlara görə, bu məbləğ “Renaissance” təşkilatının bu müddət ərzində “pulyuyan maşın”dan aldığı məbləğə yaxındır.

Bundan əlavə, pulyuyan maşından “Renaissance” təşkilatına köçürülən son 4 ödəmə “BL&A” lobbiçilik firmasına son beş rübün dördü üçün ödənən məbləğə çox yaxındır.

2004-cü ilin mart ayında “Renaissance” təşkilatı ilk dəfə lobbist kimi qeydiyyatdan keçdikdən sonra “BL&A” firması Azərbaycan hökumətinin maraqlarına uyğun məsələlər üzərində dayanmadan çalışıb. 2006-cı ildə firmanın prezident Əliyevin Ağ Evə səfərini təşkil etdiyi bildirilir. 3 il sonra Obamanın keçmiş kampaniya müdiri David Plouffenin Bakıya səfərini və Azərbaycan hökumətinin üzvləri ilə görüşünü təşkil edib.

Firmanın hesabatlarına görə, “BL&A”-nın xüsusi lobbiçilik məsələlərinə regionda ABŞ-ın müdafiə xərcləri, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə səbəb olan Dağlıq Qarabağın ərazisi, Azərbaycandan Türkiyəyə uzanan kritik neft boru xətti daxil edilib.

2008 və 2016-cı illər ərzində hər il “BL&A” firmasının prezidenti Bob Lavrens (Bob Lawrence) Xarici əməliyyatlar və əlaqəli məsələlər üzrə dövlət alt komitəsi qarşısında çıxış edərək Azərbaycan və Ermənistana xarici yardım verilməsini tövsiyə etməsi üçün dəvət olunub.

O, öz çıxışında Azərbaycanın neft və qaz ehtiyatlarını və infrastrukturunu “Avropa xalqının təhlükəsizliyi və rifahı üçün kritik” hesab etdiyini vurğulayıb və Azərbaycan hökumətinə ABŞ-ın birbaşa yardımını qadağan edən Azadlıq Tərəfdaşlığı Aktının 907-ci maddəsinin aradan qaldırılması üçün dəfələrlə çağırış edib.

O, həmçinin alt komitəni məlumatındıraraq bildirib ki, Azərbaycanın regional rəqibi Ermənistan "cinayətkarları qəti şəkildə müdafiə edən zalım millətdir" və bu insan hüquqlarının pozulması deməkdir. O, Azərbaycana qarşı daha tolerantdır. Belə ki, o, ilk çıxışında "8 və ya 9 jurnalistin döyüldüyü və ya həbs olunduğunu" etiraf etsə də, prezident Əliyevin onların əksəriyyətini əfv etdiyini əlavə edib.

“Lobbiçilər üçün lobbiçilik etmək”

Lobbiçiliklə bağlı aşkarlanan hesabatlardan görünür ki, “BL&A” firmasının “Renaissance” təşkilatı ilə əməkdaşlığına ABŞ-ın digər lobbiçilik şirkətləri vasitəçilik edir. Məsələn, 2012-ci ilin iyul ayından 2015-ci ilin dekabr ayına qədər “BL&A” firması ABŞ Senatına, eləcə də dövlət və xarici əlaqələr üzrə nümayəndələr palatasına lobbiçilik etməsi, Azərbaycana yardım təşkil etməsi üçün “Crane Group” firmasına ən az 250000 dollar verib. Eyni dövrdə “BL&A” firması tərəfindən keçmiş ABŞ konqresmeni Solomon Ortizin öz firması “Solomon P Ortiz Holdinq” vasitəsilə Amerika və Azərbaycan arasında "strateji əlaqələr" barədə lobbiçilik etməsi üçün 280.000 ABŞ dolları məbləğində pul xərclənib.

2012-ci ildə, bu iş başladıqdan altı həftə sonra o, “Huffington Post” üçün Azərbaycan haqqında parlaq bir bloq yazıb. Ortizin Capitol Hill-də Azərbaycanın maraqlarını dəstəkləməsinin uzun tarixi keçmişi var.

2004-cü ildə “pulyuyan maşın”dan pul alan Bağırov tərəfindən bir sıra Milli Məclis nümayəndəsindən ibarət Konqresin Azərbaycan İcması qurulub. (Bax: Bakının Amerikadakı adamı)

Həmçinin, Ortizin uzunmüddətli məsləhətçilərindən biri olan Con Mak Qreqor (John McGregor) da icmanın inkişafına cəlb edilib. O, 2005-ci ildə “BL&A” şirkətinə məsləhətçi kimi qoşulub və 2016-cı ildə öz şirkəti “McGregor Group” vasitəsi ilə “Renaissance” təşkilatı adından Amerika hökumətinə lobbilçilik edib.

2012 və 2015-ci illər arasında “Renaissance” adından birbaşa və ya dolayı yolla fəaliyyət göstərən lobbiçilər kimi qeydiyyatdan keçirilən şəxslər həmin dövrdə alt komitələrdə oturan və ya başçılıq edən senatorlar və nümayəndələr də daxil olmaqla, siyasi namizədlərə ödənilən ianələrdən minlərlə dollarlar qazanıb.

“O, işlərə qarışmır”

Xaricilərin Qeydiyyat Aktında (FARA) xarici hökuməti təmsil edən lobbiçilərin bu şəkildə qeydiyyatdan keçməsini və gördükləri işlər haqqında bəzi əsas məlumatları təqdim etmələrini tələb edən Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliydir.

“BL & A” internet səhifəsində qeyd edir ki, Azərbaycan hökuməti və ya Azərbaycan hökumətinin hər hansı bir üzvü üçün işləmir, hesabat vermir və ya onlar tərəfindən yönləndirilmir.

Lakin 2005-ci ildə “BL&A” firması ilk dəfə “Renaissance” təşkilatı ilə işə başladıqdan bir il sonra Azərbaycanın müstəqil “Turan” İnformasiya Agentliyi "Renaissance" təşkilatını Azərbaycan hökumətini Vaşinqtonda təmsil edən lobbiçilik firması kimi təqdim edən məktub alıb.

“Renaissance” ilə sıx əməkdaşlığa, Azərbaycanın “pulyuyan maşın”ı tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, “BL&A” firması heç vaxt öz fəaliyyətinin FARA-nın nəzdindəki təşkilat üçün gördüyü işləri qeydiyyata aldırmayıb.

Bunun səbəbi “BL&A” firmasına öz müştərilərinə kimin nəzarət etdiyini və maliyyələşdirdiyini açıqlamaqdan imtina etməyə imkan verən “Renaissance” təşkilatınin texniki cəhətdən hökumət müəssisəsi olmamasıdır.

Ticarətlə maraqlanan xüsusi bir qrup olduğunu iddia edən “BL&A” firması yalnız nisbətən az sərt olan Lobbicilik Açıqlanması Aktına (LDA) tabedir.
“Lobbicilik Açıqlanması Aktının istisnaları bir çox halda FARA-nın qeydiyyat qaydalarını pozur” - “Jenner & Block” firmasının vəkili Qabriel Qillett (Gabriel Gillett) belə deyir.

“Amerika ictimaiyyətinə təsir göstərməyi hədəfləyən qeyri-ticari siyasi fəaliyyət hesab olunan ABŞ-da imic yaratmaq və ya ictimaiyyətlə əlaqələr xidməti Xaricilərin Qeydiyyat Aktına təsir göstərir ”, - Xaricilərin Qeydiyyat Aktı üzrə ixtisaslaşmış “Sandler Reiff” firmasının vəkili Coş Rosensteyn (Josh Rosenstetin) belə deyir. “FARA-nın tətbiqi ənənəvi lobbiçilikdən daha geniş imkanlara malikdir. Bura xüsusilə əsasnamədə qeyd edildiyi kimi ictimaiyyətlə əlaqələr və kommunikasiya işi daxildir”.

“BL&A” firmasının qurucusu və prezidenti Bob Lavrens (Bob Lawrence) jurnalistlərə “Renaissance” üçün görülən işlər barədə 3 ildir “o işlərə qarışmırıq” cavabını verib. Buna baxmayaraq, şirkətin 2017-ci ilin iyul tarixində dərc olunan lobbiçikliklə bağlı hesabatında “Renaissance” müştəri olaraq göstərilir. Lavrens “Renaissance” və yaxud şirkətin FARA-nın qeydiyyatında olmaması barədə danışmaqdan imtina edib.

“BL&A” firmasının vitse-prezidenti Ceyms Qoldvoter (James Goldwater) “Renaissance” təşkilatını öz şəxsi portfelinə də daxil etməyi rədd edib.
Eyni zamanda, şirkət tərəfindən hazırlanan lobbiçilik hesabatlarında göstərilir ki, Qoldvoter (Goldwater) 2004-2009-cu illər arasında Türkiyəyə daxil olan boru kəməri və Qafqaz üçün müdafiə xərclərinə daxil olmaqla, bir sıra mövzularda “Renaissance” təşkilatını adından şəxsən lobbiçilik edib. Bunun şirkətin ABŞ hökumətinə yalnış məlumat verdiyi mənasına gəlib-gəlmədiyini soruşanda Qoldvoter (Goldwater) bu mövzular üzərində heç vaxt işləmədiyini təkrarlayıb. 

Mak Qreqor (McGregor) da buna oxşar cavabında jurnalistlərə “Renaissance” ilə heç bir əlaqəsinin olmadığını və birbaşa Bob Lavrensdən (Bob Lawrence) təlimat aldığını deyib. Amma “BL&A” firmasının saytında qeyd olunur ki, Mak Qreqor (McGregor) “əsasən firmanın “Renaissance” təşkilatı ilə əməkdaşlığında iştirak edir”. O, təşkilat üçün gördüyü işlərin niyə Xaricilərin Qeydiyyat Aktında (FARA) qeydiyyatdan keçmədiyini izah etməyib.

“Dəstək və yardım”

“Renaissance” ilə əməkdaşlığın bir hissəsi kimi “BL&A” firması öz saytında "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası" (AVCİYA) ilə “gündəlik” işlədiyini qeyd edib. Bakıda yerləşən rejim tərəfdarı qeyri-kommersiya təşkilatı AVCİYA Azərbaycan Parlamentinin üzvü və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Elxan Süleymanov tərəfindən idarə olunur.

“BL&A” firmasının saytında göstərilir ki, “Renaissance” AVCİYA-nı təkcə dəstəkləmir, həm də təşkilata yatırım edir. İki təşkilatın Bakıda eyni ünvanı paylaşmasından belə görünür ki, münasibətlər göründüyündən də yaxındır. 2016-cı ilin aprelində "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası" Amerikanın lobbiçilik şirkəti “Greenberg Raurig” firması ilə 3 aylıq müqavilə imzalayıb. Şirkətin FARA-dakı hesabatında “Renaissance” tərəfindən hər ay 25 000 dollar ödənildiyi göstərilir.

Bundan başqa, Azərbaycanın “paltaryuyan maşın”ından ödənişlər alan, daha sonra ölkədə keçirilən seçkiləri “ədalətli və universal” adlandıran keçmiş alman siyasətçisi Eduard Linther ödəniş mənbəyinin AVCİYA olduğunu göstərib. Pul transferlərinin yarısı “Renaissance” təşkilatına pul yatıran eyni balıqqulağı şirkətlərdən olub.

(Süleymanovun Avropada rəhbərlik etdiyi Azərbaycanın ayrı-ayrı lobbiçilik cəhdləri, balıqqulağı şirkətindən pul alan AŞPA-nın digər iki üzvünün də daxil olduğu qalmaqal haqqında daha öncə OCCRP tərəfindən məlumat verilib)

OCCRP jurnalistləri Süleymanovun ofisi ilə əlaqə saxladığı zaman onun katibi Süleymanovun ingilis dili bilmədiyinə görə onunla birbaşa əlaqə saxlaya bilməyəcəyini deyib. Lakin Avropa Şurasının saytında ingilis dilinin Süleymanovun iş dili olduğu göstərilib. Nə Süleymanov, nə də onun ofisi “Renaissance” ilə bağlı sualları cavablandırıb.

“Əgər qeyri-hökumət təşkilatı hökumət tərəfindən həqiqətən idarə olunursa, qeyri-şəffaf şirkətə (Renaissance) istiqamət və ya maliyyə verirsə, belə görünür ki, o zaman FARA-dan qeydiyyat tələb oluna bilərdi”, - “Sandler Reiff” şirkətinin vəkili Rosensteyn (Rosenstein) belə deyir, - “Bu aradüzəldən mahiyyətcə ya FARA-da qeydiyyatdan yayınan, ya da ABŞ aktyoruna pulları ötürmək üçün istifadə olunan bir balıqqulağıdır”.

“Hesab edirəm ki, burada izlənməyən, ən azı FARA tələblərinin gerçəkdən yüksəldəcək bir neçə problemlər var”, - Rosensteyn belə deyib.
Seçki qanunvericiliyinin legitimləşdirilməsi.

2013-cü ildə Nümayəndələr Palatasının Təsisatlar üzrə alt komitəsi qarşısındakı çıxışında “BL&A” firmasının direktoru Lavrens (Lawrence) Ermənistanda keçirilən seçkilərin nəticələrinin dürüstlüyünü Süleymanovdan alınan mətbuat açıqlamasını oxumaqla sorğulayıb. Azərbaycan “demokratik prinsiplərə sadiq qalmaqda davam edir”, - deyən Lavrens (Lawrence) on ildir ki, ölkədə keçirilən seçkilərə səssiz qalıb.

ABŞ Dövlət Departamenti də daxil olmaqla beynəlxalq müşahidəçilər oktyabr ayında keçirilən prezident seçkilərində müxalifətə və müstəqil KİV-lərə olan hədə-qorxuları qeyd ediblər. Hətta Azərbaycan Seçki Komissiyası səsvermə baş tutmazdan əvvəl rəsmi smartfon tətbiqetməsində seçki nəticələrini təsadüfən yayımlayıb. “Freedom House” növbəti hesabatında Prezident Əliyevin yenidən seçki qələbəsini “proqnozlaşdırılan” kimi təsvir edib və “kütləvi seçki saxtakarlığının əhəmiyyətli sübutu” olduğunu qeyd edib.

Bu yaxınlarda OCCRP-da dərc olunduğu kimi, Avropa Şurasının Parlament Assambleyasının “paltaryuyan maşını”ndan pul alan iki üzvü rəsmi monitorinq nümayəndə heyəti sırasında yer alaraq Azərbaycana gəlib və sonradan seçkiləri yüksək qiymətləndirib.

ABŞ-da “Renaissance” bənzər bir sxem təşkil edib.

Keçmiş konqresmen Maykl Mak Mahon (Michael McMahon) op-ed in the Hill-də 2013-cü il seçkisini “ədaləti, yaxşı təşkil olunmuş və şəffaf” adlandırıb. O, “BL&A” tərəfindən təşkil edilən “Renaissance” adına “Amerikanın Müşahidəçilər Qrupu” adlandırılan komandada iştirak edib. Qrupa daxil olan “BL&A” işçiləri, keçmiş konqresmenlər, görkəmli siyasi analitiklər və vəkillər davamlı olaraq Azərbaycan prezident seçkilərini təqdir ediblər.

Bu, Mak Mahonun (McMahonun) həmin il Azərbaycana olan 2-ci səfəri olub. Mayda Mak Mahon (McMahon) Bakıda “paltaryuyan maşın”ın (Bax: Bakının Amerikadakı adamı) digər pul alıcısı və Azərbaycan dövlət neft şirkəti tərəfindən gizli şəkildə maliyyələşdirilən Bağırov tərəfindən təşkil edilən münaqişəli konfransda iştirak edib. Öz kürsüsündə, Mak Mahon (McMahon) “BL&A” heyətindən bir neçə kampaniya yardımları qəbul edib.

Mak Mahon (McMahon) mövzu barəsində ona ünvanlanan suallara cavab verməyib, amma jurnalistlər nümayəndə heyətinin keçmiş bəzi üzvlərinə çatmağı bacarıb.

“Bu çox seçilmiş heyət idi”- keçmiş konqresmen Şevud Boehlert (Sherwood Boehlert) belə deyib. O, 2008-ci ildə Lawrance tərəfindən qrupa qoşulmağa dəvət alıb: “Qrupa olan bir neçə nəfəri, Lavrens O Donnel (Lawrence O’Donnell) (TV jurnalisti) də daxil olmaqla reputasiyalarına görə tanıyırdım”.

Qrupun 2008-ci il gəzintisinin digər iki üzvü Capitol Hill-dən həmin ilin başlanğıcında konqresmen Ortizin baş məsləhətçisi kimi təqaüdə çıxan Cath Travis və “BL&A” müqavilə imzalayaraq “Renaissance” adından lobbiçilik edən Mark Veyt (Mark Veith) olub. Onların hər üçü jurnalistlərə heç bir qanun pozuntusu görmədiklərini, ancaq bunun Travisin "ən əsas səviyyə" təyin etdiyi kimi, hadisələrə fokuslanmış çox sürətli bir səyahət olduğunu dedilər. Boehlert əlavə edib ki, səyahət üçün bütün xərclər “BL&A” firması tərəfindən ödənilib.

Konqresmen Ortiz 2013-cü ildə nümayəndə heyətinə qoşulub. Eyni zamanda, o, Amerika-Azərbaycan tərəfdaşlıq münasibətlərində lobbiçilik edib. Azərbaycan mediasına verdiyi müsahibəsində Ortiz seçkilərin “azad, ədalətli və şəffaf” keçirildiyini deyib. 2015-ci ildə onunla birlikdə Azərbaycan İcma Konqresinin həmtəsisçisi Kurt Ueldon olub. Keçmiş konqresmenlərin heç biri təkrarlanan sorğulara cavab verməyib.

“Renaissance” 2005-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri üçün əməkdaşlıq etdiyi ABŞ-ın iki araşdırma şirkəti ilə iş təcrübəsindən sonra öz monitorinq qrupunu yaratmaq üçün ilham almış ola bilər. Hər iki şirkətin prezidentləri, Varren Mitofski (Warren Mitofsky) və Co Lenski (Joe Lenski) daha sonra “Renaissance” təşkilatınin onlara Vətəndaş İnkişafı Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) ilə exit-poll keçirmək üçün işləməyi, amma daha sonra vətəndaş ittihamlarına səbəb olacağını iddia edərək nəticələrin yayımlanması üçün basqı göstərdiklərini yazıb.

Lenski OCCRP jurnalistlərinə “Renaissance” ilə bağlı onlarla ilk əlaqə saxlayan şəxsin Lavrens (Lawrence) olduğunu deyib. Lenski, nəticələr yayımlanandan sonra onları ilk səfər zamanı evinə dəvət edən Süleymanovun öz narazılığını ifadə etmək üçün əlaqə saxladığını vurğulayıb.

“Mən artıq Azərbaycanda xoş qarşılandığımı düşünmürəm”,- deyə o qeyd edib.

Bu il prezident seçkisinin irəli çəkilməsini müxalifət partiyaları boykot edib. Bununla da Prezident Əliyev dördüncü hakimiyyətini təmin edib. Beynəlxalq müşahidəçilər çoxsaylı ciddi qanun pozuntuları və məcburi prosedurlara diqqət yetirilmədiyini deyiblər.

ARAŞDIRMAÇILAR: Atanas Çobarov, Xədicə İsmayılova, Leyla Sarkevic və Paul Radu

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vm81ie

Ən çox baxılan