Ağacı heykələ çevirən adam

Adəm 2012-ci ildə həbs həyatı yaşayıb. Həbsdən çıxandan sonra da özünə ''Zindani'' təxəllüsünü götürüb.

Adəm 2012-ci ildə həbs həyatı yaşayıb. Həbsdən çıxandan sonra da özünə ''Zindani'' təxəllüsünü götürüb.

Məhbəs həyatından ona təxəllüsü qalıb – Adəm Zindani.

40 yaşlı sənətkar Ağdamda anadan olub. Əvvəllər fotoqraf kimi fəaliyyət göstərsə də, gəlirli sahə olmadığından uzaqlaşıb və ağac üzərində işləmələrə maraq salıb.

2012-ci ildə həbs həyatı yaşayan Adəm Zindani sonralar da bu sənətdən əl çəkməyib. Dediyinə görə, bu sahədə ilk adamdır. Bugünə qədər müxtəlif növlü ağac heykəllər düzəldib:

"Uşaqlıqdan fotoya və rəsmə marağım olub. Müxəlif cür fotolar və rəsmlər çəkirdim. Amma fotoqrafiyanın gəlirli sahə olmadığın görüb uzaqlaşdım. Lazımı dəyər vermirdilər.

Çox araşdırma apardım, amma Azərbaycanda bu əsərləri yaradan rastıma çıxmayıb. Hətta ötən 30-40 ili də araşdırmışam, heç bir nəticə yoxdur".

Adəm günün müəyyən hissəsini öz emalatxanasında keçirir. Hazırladığı heykəllərin qiyməti 15 manatdan başlayır.

"Əsasən axşamlar işləməyə üstünlük verirəm. 1-2 saata ağacdan bir heykəl hazırlaya bilirəm. Ən uzun iş isə 1 günə qədər uzana bilər" – deyir.

Hazırladığı işlərin üzərinə öz imzasını qoymaq üçün hazırlatdığı yazılar

Hazırladığı işlərin üzərinə öz imzasını qoymaq üçün hazırlatdığı yazılar

Növbəti işləri üçün hazırlayacağı ağacları emalatxanasının bir otağına qoyub ki, hissə-hissə işləsin

Növbəti işləri üçün hazırlayacağı ağacları emalatxanasının bir otağına qoyub ki, hissə-hissə işləsin

Hazırladığı heykəlləri in qiyməti 15 manatdan başlayır

Hazırladığı heykəlləri in qiyməti 15 manatdan başlayır

Ağacları yonmaq üçün lazım olan müxtəlif növlü deşici alət başlıqları

Ağacları yonmaq üçün lazım olan müxtəlif növlü deşici alət başlıqları

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s2li20

Ən çox baxılan