Donald Tusk

Mənbə: Foto: euronews

Başlıq: Donald Tusk

Avropa İttifaqı ''Brexit'' üçün Britaniyaya vaxt verdi

Məqalə yeniləndi:  22 Mart 2019

İttifaqın bununla bağlı iki planı var

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Britaniyanın birliyi tərk etməsi ilə bağlı iki variant təklif edilib.

“Euronews” telekanalının məlumatına görə, “A” planına əsasən, Britaniyaya “Brexit” üçün 2 ay, mayın 22-ə qədər vaxt verilib.

Amma, Britaniya parlamenti aprelin 12-ə qədər bunu təsdiq etməsə, Avropa İttifaqı “B” planına əl atacaq və Birləşmiş Krallıq Avropa İttifaqını müqaviləsiz tərk edəcək.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, aprelin 12-i vacib tarixdir, belə ki, Avropa Parlamentinə seçkilər keçiriləcək.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, qərar bütün 27 ölkənin konsensusu nəticəsində qəbul edilib.

“Biz Britaniyanın dəqiqləşdirmə ilə bağlı xahişlərini dekabrda, yanvarda, martda yerinə yetirmişik. Bu bizim sonuncu qərarımızdır və bu qərar dəyişməyəcək”, Yunker deyib.

Britaniyanın Baş naziri Tereza Mey deyib ki, Avropa İttifaqının qərarı gələn həftə parlamentdə baş tutacaq səsvermə üçün vacibdir.

“Britaniyalı deputatların təklif edilən variantı təsdiq edəcəkləri təqdirdə qeyri-müəyyənlik aradan qaldırılacaq və biz sakit şəkildə “Brexit”i həyata keçirəcəyik”.

Xatırlatma

Britaniyanın Avropa İttifaqını tərk etməsi prosesi martın 29-a təyin edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7v1t4g

Ən çox baxılan