Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamı ilə bağlı bəyanat verib

Avropa İttifaqı Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamını alqışladığını bildirib.

Source: google.az

''Azərbaycanın bu cür addımları davam etdirəcəyini gözləyirik''

Avropa İttifaqı Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamını alqışladığını bildirib.

“Turan” Agentliyinin məlumatına görə, bu barədə Avropa xarici siyasət xidmətinin martın 17-də dərc olunan rəsmi bəyanatında deyilir.

Əfv olunanlar arasında siyasi partiyaların, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, blogerlər və jurnalistlər var.

“Bu addım təqdirəlayiqdir”, – bəyanatda vurğulanır. Sənəddə bildirilib ki, Aİ Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə bu cür addımları davam etdiriləcəyini gözləyir.

“Avropa İttifaqı insan hüquqları sahəsində əməkdaşlığı genişləndirmək üçün Azərbaycanla qarşılıqlı əlaqələri davam etdirəcək ki, bu da bizim qarşılıqlı münasibətlərdə mühüm elementdir”.

Martın 16-da verilən

əfv sərəncamı

399 məhbusu əhatə edib.

Əfv siyasi məhbus siyahısında olan 51 nəfərə də şamil edilib. Onların arasında 14 əcnəbi, o cümlədən iki rusiyalı var. Onların əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən, 12 nəfər cərimədən azad edilib. Ömürlük məhkum edilmiş üç nəfərin cəzası uzun müddətə həbslə əvəzlənib.

Ana səhifəXəbərlərAvropa İttifaqı İlham Əliyevin əfv sərəncamı ilə bağlı bəyanat verib