Əli Məslimli

Mənbə: google.az

Başlıq: Əli Məslimli

''Azərbaycanda istehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir''

Əli Məsimli: ''Hesabatda bəzi məqamları təkmilləşdirməyə ehtiyac var''

“Azərbaycanda istehsalla bağlı sahələrə xüsusi diqqət yetirilməlidir. Əgər regionlarda istehsalın inkişafına geniş meydan verilərsə, yerli xammal əsasında yeyinti, yüngül sənayenin inkişaf etdirmək üçün xeyli imkanlar var”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı belə deyib.

O bildirib ki, Azərbaycanda bir neçə maşınqayırma və ya cihazqayırma müəssisəsi işə salmaq mümkündür: “Bu, yeni texnologiyaların Azərbaycana gəlməsinə, yüksək məvacibli iş yerlərinin açılmasına, eyni zamanda korporasiyaların güclənməsinə gətirib çıxaracaq. Bundan başqa, bu proses 30 iri, yüzlərlə orta və minlərlə kiçik müəssisələrin yaranmasına səbəb olacaq ki, bu da regionların inkişafında çox böyük rol oynaya bilər”.

Nazirlər Kabinetinin hesabatına toxunan Əli Məsimli deyib ki, sənəd kifayət qədər məzmunlu hazırlansa da, bəzi məqamları təkmilləşdirməyə ehtiyac var. O, xüsusilə dövlət qurumlarının fəaliyyət keyfiyyətinə görə fərqləndirilməsini təklif edib:

“Hesabatda bütün dövlət qurumları eyni rəngdə görünür. “Strateji Yol Xəritəsi”nin monitorinqlərində dövlət qurumlarının “yaxşı”, “ortabab”, “pis” işləyənləri göstərilir. Hesabatda da həmin monitorinqlərin nəticələrindən istifadə etməklə dövlət qurumlarının fərqləndirilməsi yaxşı olardı”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/72u9hd

Ən çox baxılan