Mənbə: Meydan Tv

Azәrbaycanlı gәncin Almaniyadakı uğur hekayәsi

Kiçik biznesmen alman jurnalistlərin diqqətini çəkib

Bu günlәrdә Almaniyanın tanınmış telekanallarından olan "Pro7" "Almaniyanın әn mәşhur köşklәri" adlı videoreportaj yayımlayıb. Reportaj Köln şәhәrindә fәaliyyәt göstәrәn iki mәşhur köşk haqda söhbәt açır. Bu köşklәrdәn biri- "Dad Bütşe"nin sahibi azәrbaycanlı kiçik biznesmen İlkin Heydәrovdur.

Televiziya mәlumat verir ki, Kölndә 1000-dәn çox köşk fәaliyyәt göstәrir. Reportajda söhbәt gedәn iki köşk digәrlәrindәn xüsusi fәrqlәndirilir. Öncә verilişin tәqdimatçısı mәlumar verir ki, İlkin Heydәrov Azәrbaycanın Masallı bölgәsindә doğulub vә buna görә hәm dostları, hәm dә müştәrilәri arasında "İlkin Masallinski" kimi tanınır. O, Azәrbaycanda ali tәhsil alıb. Daimi müştәrilәri İlkin Hedәrov haqda xoş sözlәr deyirlәr, onu sәmimi, mehriban, gülәrüz vә etibarlı biri kimi tәqdim edirlәr. İlkin Heydәrov özü dә söhbәtindә bildirir ki, әtraf binaların sahiblәri qısa müddәtli harasa gedәndә öz evlәrinin açarlarını ona etibar edirlәr. Buna sübut kimi, o, çәkmәcәni açıb bir dәstә açar göstәrir. Azərbaycanlı qeyd edir ki, köşk hәm dә onun iş bürosudur. Bura kiçik olduğundan, o, әrzaq dolabının üstünü hәm dә yazı masası kimi istifadә edir.

İlkin deyir ki, aylıq vergi vә digәr sәnәdlәri bu "masa"nın üzәrindә hazırlayır. İlkin Masallinski bu köşkün 4-cü sahibidir vә artıq beş ildir ki, buranı çalışdırır.

Bunda әvvәl Almaniyanın dövlәt kanalı "WDR", "ADR" vә digәrlәri dә İlkin Heydәrov vә onun köşkü haqda xüsusi reportajlar hazırlayıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/onw45f

Ən çox baxılan