Bakıda ”Trump Tower” yanır (yenilənib)

Binanın 8-dək mərtəbəsində yanğın var

Source:


Binanın 8-dək mərtəbəsində yanğın var

***


“Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb.


Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb”.


Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

***

Aprelin 28-də Bakıda ”Tramp Tower” kimi tanınan hündürmərtəbəli binada yanğın baş verib. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Təhlükəsizlik tədbirləri ilə bağlı Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Hadisə yerəni fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da gəldiyi bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi haqda məlumat verilmir.

2017-ci ilin əvvəlində 33 mərtəbəli bu göydələnin üzərindən “Trump Tower” yazısı

götürülüb

.

Bu bina 2008-ci ildə tikilməyə başlayıb və 2015-ci ildə istifadəyə verilib.

Ötən ilin sonunda “Trump Organization” Azərbaycan və Braziliyadakı layihələrinin də icrasına xitam verib. Onun Azərbaycandakı ortağı nəqliyyat nazirinin oğlu Anar Məmmədov idi.

Ana səhifəXəbərlərBakıda ”Trump Tower” yanır (yenilənib)