Milli Məclis

Mənbə: Azərtac

Başlıq: Milli Məclis

Baş nazir illik hesabat verdi: Əhalinin gəlirləri artıb, xarici borc azalıb

Məqalə yeniləndi:  15 Mart 2019

Novruz Məmmədov: ''Valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olub''

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını Milli Məslisdə təqdim edib.

Təqdimatdan əvvəl parlamentin sədri Oqtay Əsədov bildirib ki, bu gün Novruz Məmmədovun 72 yaşı tamam olur və onu bu münasibətlə təbrik edib. Deputatlar Baş naziri alqışlayaraq təbrik ediblər. Novruz Məmmədov bildirib ki, hökumətin illik hesabatı Novruz günləri ərəfəsinə təsadüf edir və qarşıdan gələn bayram münasibətilə hamını təbrik edib.

Daha sonra illik hesabatla bağlı çıxış edən Baş nazir bildirib ki, 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub. Uğurlardan biri kimi İlham Əliyevi yenidən dövlət başçısı seçilməsini vurğulayan Baş Nazir bildirib ki, prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib.

2018-ci ili dərin iqtisadi islahatlar ili olduğunu deyən Baş nazirin sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib. “2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb”.

Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olduğunu deyən Baş nazir xarici borcun 3 faizə yaxın azaldılaraq 19 faizə endirildiyini qeyd edib.

“2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ümumi dəyəri 618 milyon manata yaxın olan layihələrin maliyyələşdirilməsi üçün sahibkarlara 160 milyon manatdan artıq güzəştli kreditlər verilib. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqi ödənilib”.

Daha sonra hesabat deputatların müzakirəsibə verilib. Bu, Baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra – aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun Baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılıb və təsdiqlənib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mejhrz

Ən çox baxılan