İsmayıl Hüseynov

Mənbə: google.az

Başlıq: İsmayıl Hüseynov

''Böyrəklərindən əməliyyat olundu, ancaq beynini, əsəblərini sakitləşdirə bilmirlər''

''Onu üç saat ayağından asıblar və başından elektrik cərəyanı keçiriblər''

Hüquq müdafiəçisi Oqtay Gülalıyev istintaq zamanı hərbçi İsmayıl Hüseynova işgəncələr verilməsi və onun həbsxanada intihara cəhd etməsi barədə məlumat yayıb.

Oqtay Gülalıyev İsmayıl Hüseynovun anasına istinadən bildirib ki, 2017-ci il mayın 18-də gecə saat üçdə həbsçini Gəncədəki evindən Tərtərə aparıblar. O, dövlətə xəyanətdə ittiham olunub və dəhşətli işgəncələrə məruz qalıb:

"Onu üç saat ayağından asıblar və başından elektrik cərəyanı keçiriblər. Huşunu itirənə qədər döyüblər, ermənilərə işlədiyini etiraf etməsini tələb edərək digər alçaldlıcı hərəkətlər ediblər. Bir əsgər onun yanında ölüb. Ona deyiblər ki, etiraf etməsə onu da öldürəcəklər. Bu işgəncələr altında onu etiraf etməyə məcbur ediblər və məhkəməyə veriblər”.

Dövlətə xəyanətdə təqsirli bilinən İsmayıl Hüseynovun məhkəməsi qapalı keçirilib və 15 il azadlıqdan məhrum edilib.

Həbsxanada ona baş çəkməyə gedən qardaşı bildirib ki, İsmayıl mənəvi və fiziki travmalara dözməyərək məhkəmənin ədalətsizliyinə etiraz olaraq aprelin 14-də 12 saylı koloniyada damarını kəsib.

"Onun vəziyyəti ağırdır. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gəliblər", - O.Gülalıyev yazıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Turan İA-a bildiriblər ki, İsmayıl Hüseynovun barəsində məhkəmə istintaqı davam edir.

"Əgər Hüseynovun şikayəti varsa, o və ya doğmaları prokurorluğa müraciət edə bilərlər", - Hərbi Prokurorluqdan bildiriblər.

Proses qapalı olduğuna görə məhkəmədən məlumat almaq mümkün olmayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə İ.Hüseynovun damarını kəsmədiyini Turan-a bildiriblər.

Lakin məhbusun anası Məhsəti Hüseynova hüquq müdafiəçisi O.Gülalıyevin sözlərini Turan-a təsdiqləyib.

O, həbsdən bir il sonra oğlunu Kürdəxanı təcrudxanasında görüb. İsmayıl işgəncələr barədə anasına danışıb. Qadın deyib ki, oğlu özünü asmaq istəyirmiş, ancaq onu vaxtında xilas elədilər, indi də damarını kəsib.

Onun sözlərinə görə, işgəncələr nəticəsində İ.Hüseynovun daxili orqanları zədələnib və böyrəklərindən əməliyyat olunub.

"Böyrəklərindən əməliyyat olundu, ancaq beynini, əsəblərini sakitləşdirə bilmirlər", - qadın deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xw5pf7

Ən çox baxılan