Britaniya Parlamenti Aİ-dən sazişsiz ayrılmağa yox deyib

Mey deyib ki, əgər deputatlar martın 20-nə qədər sazişi dəstəkləməsələr, o, sazişi təsdiqləmək üçün daha “qısa, məhdud, texniki” yol seçəcək.

Source: google.az

Brexitin gecikdirilməsi uzansa, Britaniya da seçkilərdə iştirak etməli olacaq

Britaniya millət vəkilləri martın 14-də Brexitin (Avropa İttifaqından ayrılma) gecikdirilməsinə dair səs verəcəklər.

Martın 13-də isə Nümayəndələr Palatası 312-308 səs çoxluğuyla Brexit üçün son tarixə iki həftə qalmış Avropa İttifaqını razılaşma olmadan tərk etməyə qarşı olduğunu bildirib. Bu qərarla parlament hökuməti təəccübləndirib, – BBC xəbər verir.

Siyasətçilər Britaniya Baş naziri Tereza Meyin (Theresa May) çərşənbə axşamı günü ikinci dəfə Aİ-dan çıxma planını rədd etdikdən sonra, hökumət çərşənbə günü Britaniyanın 29 martda Aİ-dan sazişsiz çıxmasının əleyhinə səs verib.

Bu səsvermə məcburi deyil – mövcud qanuna əsasən 29 martda Böyük Britaniya hələ də Avropa İttifaqını sazişsiz tərk edə bilər.

Saziş və ya başqa bir alternativ Parlamentin təsdiqini tələb edir.

Səsvermənin nəticələrindən sonra çıxış edən Baş nazir Mey deyib: "Bizim qarşımızdakı variantlar həmişə olduğu kimi eynidır".

"Aİ və Böyük Britaniya qanunvericiliyindəki hüquqi öhdəliyə əsasən, başqa bir qərarla bağlı razılıq əldə edilmədiyi halda Birləşmiş Krallıq Aİ-ni sazişsiz tərk edəcək. Nəyin necə olacağı məsuliyyəti indi hər birimizin üzərinə düşür," – Mey deyib.

Siyasi şərhçilərə görə Baş nazir növbəti dəfə məğlubiyyətə uğrayıb. Onun hakimiyyəti tamamilə olmasa da, artıq zədələnib.

Cümə axşamı millət vəkilləri Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmalı olduğu tarixi gecikdirmək üçün qurumdan icazə istəmək üçün səs verəcək. Cümə axşamı millət vəkilləri Brexitin 30 iyuna qədər gecikdirilməsini istəyib istəmədiklərinə dair qərar verəcəklər. Bununla onlar zəruri qanunvericiliyin parlamentdən keçməsinə icazə verəcəklər.

Sazişsiz Avropa ittifaqından ayrılma Britaniya iqtisadiyyatı üçün ağır nəticələnə bilər. Bu, həmçinin Britaniya vətəndaşlarının Avropada, Avropa vətəndaşlarının Britaniyadakı yaşayışına təsir edəcək. Bütün bu nəticələrlə bağlı qorxular yanvarda ilk dəfə olaraq Baş nazir Meyin nəzərdə tutduğu saziş əlehinə səsvermədən sonra daha da artıb.

Kiçik və orta biznes sahibləri Avropa İttifaqından sazişsiz ayrılmaya hazır olmadıqlarını bildiriblər.

Mey deyib ki, əgər deputatlar martın 20-nə qədər sazişi dəstəkləməsələr, o, sazişi təsdiqləmək üçün daha "qısa, məhdud, texniki" yol seçəcək.

Hökumət deyir ki, bu, ancaq deputatlar 20 marta qədər Meyin sazişini dəstəklədikləri halda mümkün olacaq. O vaxta qədər bu, baş tutmazsa, Brexitin gecikdirilməsi daha da uzanar. Bu isə mayda Avropa Parlamentinin seçkiləriylə toqquşa bilər. Bu zaman Britaniya da seçkilərdə iştirak etməli olacaq.

"Mən düşünmürəm ki, bu, doğru qərardır. Ancaq Nümayəndələr Palatası qərarlarının nəticələriylə üzləşməlidirlər," – Mey deyib.

İşçi lideri Ceremi Korbin (Jeremy Corbyn) deyib ki, Parlament indi Brexit prosesini nəzarət altına almalıdır və onun partiyası Nümayəndələr Palatasında kompromis həlli axtarmaq üçün çalışacaq.

Ana səhifəDünyaBritaniya Parlamenti Aİ-dən sazişsiz ayrılmağa yox deyib