Bu gündən problemli kreditlərlə bağlı kompensasiyalar verilməlidir

İqtisadçı deyir ki, qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil:

Source: versiya.info


Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub

Aprelin 22-də Prezident İlham Əliyevin problemli kreditlər üzrə kompensasiyaların verilməsi ilə bağlı

fərman

ının icrasına başlanmalıdır.

Prezident fərmanı fevralın 28-də imzalayıb. Sənədə əsasən, dövlət fiziki şəxslər tərəfindən 10 min dollara qədər götürülən kreditlərin devalvasiya nəticəsində artmış hissəsini üç aydan gec olmayaraq ödəyəcək.

İqtisadçı Vüqar Bayramov da deyir ki, kompensasiyaların verilməsinə bugündən başlanılmalıdır. Ancaq onlara ünvanlanan müraciətlər göstərir ki, hələ də bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac var.

İqtisadçı deyir ki, ən çox ünvanlanan suallardan biri də adı siyahıda olmayan insanlarla bağlıdır:

“Adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər? Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşlarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan Apelyasiya Komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsin üzərindən elektron qaydada həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır”.

V. Bayramov deyir ki, daha bir sual isə kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarla bağlıdır. Belə insanlar da eyni ilə Apelyasiya Komissiyasına müraciət etməlidirlər:

“Əgər Apelyasiya Komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman növbəti addım nə ola bilər? Bu halda, Azərbaycan qanunvericiliyinə uyğun olaraq onların məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda, kompensasiyanın verilməsi mümkündür”.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı deyir ki, qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil:

“Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompensasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır”.

V. Bayramov deyir ki, demək bank verdiyi güzəşti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə almır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənzimlənməsi məqsədəuyğundur:

“Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar”.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan nisbəti 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində isə dolların kursu 1,55 manata qədər artıb.

Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2 faiz problemli kreditlərdir.

Ana səhifəXəbərlərBu gündən problemli kreditlərlə bağlı kompensasiyalar verilməlidir