Cəbhəyanı kəndin sakini: Məhsulumuzu Bakıya çıxarmasaq, dolana bilmirik

Bu bölgənin sakinləri hər səhər xoruzun səsinə ayılmırlar. Olur ki, silah səsləri ilə gözlərini ovxalayırlar. Gədəbəyin Şınıx bölgəsi Ermənistanla sərhəddə yerləşir. Kənd bələdiyyəsindən bildirirlər ki, bölgənin sonuncu evi ilə Ermənistan sərhəddinin arasında 50 metrlik məsafə var.

Şınıx bölgəsi 27 kənddən ibarətdir. Əhalisi əsasən taxılçılıq, kartofçuluq və heyvandarlıqla dolanır. Kənd sakinləri deyirlər ki, Bakı ilə əlaqələri olmasa, ac qalarlar. Mənsurə xanımın oğlu Bakıya sərnişin daşıyıb pul qazanır, katof əkini ilə məşğul olanlar isə məhsullarını Bakıda satışa göndərməsələr, dolana bilmirlər.

Şınıx kəndinin icra nümayəndəsi İmran Rüstəmov deyir ki, kəndin heç bir problemi yoxdur, hər kəs yaxşı yaşayır.

Gecə düşür, Şınıx bölgəsindən çıxırıq. Taksi sürücüsü isə Gədəbəyi vəsf edən mahnını qoşur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7t29zz

Ən çox baxılan