Çiyələk yığımı

Ümumilikdə sahədən gün ərzində 150-200 kq çiyələk yığılır

Ümumilikdə sahədən gün ərzində 150-200 kq çiyələk yığılır

Masallı rayonunda iyuldan başlayan çiyələk yığımı sentyabrın sonuna kimi davam edəcək. Havaların qeyri-sabit keçməsi yığım mövsümünü bir qədər gecikdirməklə yanaşı məhsuldarlığa da təsirsiz ötüşməyib. Əsasən paytaxt bazarlarında satışa çıxarılan çiyələyin 1 kq-ı təxminən 1 manat, 1 manat 50 qəpiyə satılır.

Orta hesabla hər bir fermer əkilən 1 hektarlıq çiyələk sahəsindən 30-35 ton məhsul götürə bilir. Götürülən gəlirin çəkilən xərclərdən xeyli çox olması fermerlərin bu sahəyə marağını xeyli artırıb.

Çiyələk yığımı may ayından başlayaraq sentyabra qədər davam edir

Çiyələk yığımı may ayından başlayaraq sentyabra qədər davam edir

Çiyələk yığımı üçün fəhlələr səhər 9-dan axşam 6-ya kimi işləyirlər

Çiyələk yığımı üçün fəhlələr səhər 9-dan axşam 6-ya kimi işləyirlər

Ümumilikdə sahədən gün ərzində 150-200 kq çiyələk yığılır

Ümumilikdə sahədən gün ərzində 150-200 kq çiyələk yığılır

Orta hesabla hər bir 1 hektarlıq çiyələk sahəsindən 30-35 ton məhsul götürmək mümkündür

Orta hesabla hər bir 1 hektarlıq çiyələk sahəsindən 30-35 ton məhsul götürmək mümkündür

Çiyələk istehsalçılarının dediklərinə görə, hava şəraiti məhsuldarlığı aşağı salmaqla yanaşı, meyvənin ölçüsünə də mənfi təsir göstərib

Çiyələk istehsalçılarının dediklərinə görə, hava şəraiti məhsuldarlığı aşağı salmaqla yanaşı, meyvənin ölçüsünə də mənfi təsir göstərib

Artıq sahələrdən 3 dəfə dərim həyata keçirilib

Artıq sahələrdən 3 dəfə dərim həyata keçirilib

Fermerlər deyir ki, əgər hava şəraitinin əlverişli keçəcəyi təqdirdə çiyələk yığımından daha çox məhsul əldə etmək mümkündür

Fermerlər deyir ki, əgər hava şəraitinin əlverişli keçəcəyi təqdirdə çiyələk yığımından daha çox məhsul əldə etmək mümkündür

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tjc1x7

Ən çox baxılan