Dağıstan güləşçisi teatrı tənqid atəşinə tutub

O, təşkilatçıların “qanunla cəzalandırılmalarını və xalqdan üzr istəmələrini” tələb edir

Source: Reuters


"Novaya qazeta"



"Kavkazski uzel"

in materialları əsasında

Rusiyanın tərkibindəki Şimali Qafqaz Respublikası Dağıstanda Moskva artistlərinin dağlı kişilərin hisslərini təhqir etməsi ilə bağlı qalmaqal baş verib. Əxlaq polisi vəzifəsini Həbib Nurmaqomedov – Rusiyanın tanınmış idmançısı, UFC versiyası ilə qaydasız döyüş üzrə hazırkı dünya çempionu yerinə yetirib.

Fevralın 23-də Dağıstanın paytaxtı Mahaçqalada moskvalı rejissor Vladimir Motaşnevin quruluşu ilə klassik italyan pyesi üzrə “Kişilərin ovu” tamaşası oynanılıb.

Tamaşa anşlaqla keçib, üstəlik zalın foto və video görüntülərindən tamaşaçıların razı qaldıqları bəlli olub. İki gün sonra anonim Dağıstan səhifələrindən birinə tamaşadan bir dəqiqəlik videoçarx yerləşdirilib. Videoda qara bodi və corab geyinmiş aktrisa ilə çılpaq bədəninə şalvar və pencək geyinmiş aktyor metaforik şəkildə yataq səhnəsini əks etdirib.

Elə həmin gün dağıstanlı döyüşçü Həbib Nurmaqomedov öz instaqramında qəzəblə etirazını bildirib. O, tamaşanı “pornoqrafiya” adlandırıb və bəyan edib:

“Dağıstan bizim torpağımızdır və burda heç kim belə bir şey göstərməməlidir. Allaha and olsun, nə qədər ki dağıstanlı kişilər qəflət yuxusundan ayılmayıb və qayda-qanun yaratmağa başlamayıb, bizdə vəziyyət günü-gündən pisləşəcək”.

Ertəsi gün Nurmaqomedov daha bir qəzəbli çıxış edib:

“Bu, bizi birbaşa təhqir etməkdir… Niyə hər kəs ağzına su alıb susur və bu pornoqrafiyanın şəhərin mərkəzində göstərilməsinə yol verir? Yoxsa siz insanların küçəyə çıxmasını istəyirsiniz? Bizi təhrik etmək və alçaltmaq lazım deyil, səbr kasası bir gün daşa bilər”, – o hədələyib. Döyüşçü eyni zamanda “təşkilatçıların qanunla cəzalandırılması və xalqdan üzr istəməsi üçün istintaqın aparılmasını” tələb edib.

Tezliklə sosial şəbəkələrdə sözün hərfi mənasında vakxanaliya başlayıb. Tanınmış qaydasız döyüşçünün minlərlə pərəstişkar ordusu tamaşanın aktyorlarını və bu “əxlaqsızlıqda” iştirakçı olan respublika məmurlarını təhdid qarışıq tənqid atəşinə tutub. Sosial şəbəkələrə onların şəkilləri qoyulub, ünvanlarına hədə-qorxu dolu sözlər yazılıb.

content_scene.png
Сцена из спектакля «Охота на мужчин»

Dağıstan rəhbərliyi bu qalmaqaldan yaxalarını qurtarmağa çalışıb. Onlar sosial şəbəkələrdə “möhtərən Həbib”ə qastrolu özəl teatr agentliyinin təşkil etidiyini izah edib. Belə ki, məmurların bu tamaşadan xəbəri olmayıb və onlar heç bir məsuliyyət daşımırlar, amma belə bir şey “bir daha təkrarlanmayacaq”. Aktyorlara hədə-qorxu gəliblər.

Orta əsrlərə xas azğınlığı dolayısı ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dəstəkləyib: “Rusiya çoxmillətli ölkədir… müxtəlif subyektlərin öz ənənələri var və onları nəzərə almaq lazımdır”, – o, qalmaqala belə şərh verib.

Həbib Nurmaqomedov əxlaq gözətçisi rolunda ilk dəfə çıxış etmir – o, yarım il əvvəl Dağıstanda pop-müğənni Yeqor Kridin konsertini qadağan edib, üstəlik onu nümayişkaranə alçaldıb və təhqir edib.

Bəzi müşahidəçilər belə hesab edir ki, “Nurmaqomedov əxlaq uğrunda mübarizə aparmaqla siyasi xal yığır”.

“Axı idmançı karyerası o qədər də uzun olmur, gərək özünə ciddi dairələrdə də yer edə biləsən”, – dağıstanlı jurnalist Svetlana Anoxina baş verənləri

şərh edib

.

Sonradan Dağıstan əxlaqının hədəf aldığı tamaşanın tərəfini tutanların ünvanına da hədə-qorxu dolu sözlər yazıldığı məlum olub. O cümlədən bloger Denis Kosyakov ailəsinin ünvanına yazılan təhdidlərdən danışıb. Belə ki, bloger əxlaq uğrunda baş qaldıran mübarizə ilə bağlı öz təəccübünü

bildirib

.

Ana səhifəXəbərlərDağıstan güləşçisi teatrı tənqid atəşinə tutub