”Diqlas” Ticarət Mərkəzi söküləcək

Bu haqda mütəxəssislər tərəfindən rəy verilib

Source: report.az


FHN: ''Mütəxəssislər bu haqda rəy verib''

Martın 26-da yanan

“Diqlas”

Ticarət Mərkəzi söküləcək.

Məlumatı

Fövqəladə Hallar Nazirliyi

yayıb. Bu haqda mütəxəssislər tərəfindən rəy verilib.

Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində bina yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.


Rəsmi məlumat

da “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəydiyi bildirilib.

Martın 29-da Prezident

İlham Əliyev

zərərçəkənlərə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib. Aprelin 3-də İqtisadiyyat Nazirliyi kompensasiyaların ödənilməsi qaydasını açıqlayıb.

Hadisə ilə bağlı

Respublika Prokurorluğu

Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Ana səhifəXəbərlər”Diqlas” Ticarət Mərkəzi söküləcək