Mənbə: Meydan TV

Ev alarkən aldadılanların taleyi: Kimi özün öldürdü, kimi kirayələrdə can verdi

Məqalə yeniləndi:  6 Mart 2019

Ev alarkən aldadılanların taleyi: Kimi özünü öldürdü, kimi kirayələrdə can verdi

Martın 5-də “GEN” MMC tikinti firmasının aldatdığı adamlar Prezident Administrasiyası qarşısında aksiya keçiriblər. 12 ildir eyni məkanda toplaşanlar eyni tələbi irəli sürürlər.

“Bir adama bir ev də verilmədi. Bizim nə qədər yaşlı adamlarımız var idi. İnfarktdan ölən, özünü öldürən oldu. Küçələrdə qalıb, kirayələrdə can verənlərimiz oldu. O evsizlərdən biri də elə mənəm. Uşaqlarımın yanında üzü qarayam. Mən dövlətimə etibar edib, pulumu vermişəm. Mən nə bilim ki, mənim dövlətimin xəbəri yoxdur şəhərin göbəyində tikilən evlərdən”-şikayətçi danışır.

2007-ci ildə “GEN” MMC-yə pul ödəyib ev almaq istəyən 377 vətəndaş aldadılıb və onların pulu mənimsənilib. Şikayətlərdən sonra şirkət rəhbəri həbs olunub. Ancaq indiyə qədər zərərçəkənlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.

Şikayətçiləri bu dəfəki aksiyaya həvəsləndirən ölkə başçısının son addımları olub. Onlar düşünürlər ki, artıq baş verənlərdən prezidentin də xəbəri olur.

“13 ildə getmədiyimiz yer qalmayıb. Prezident Aparatının qabağı olsun, Ağır cinayətlər məhkəməsi, İcra hakimiyyətləri – hər yerə getmişik. Amma səsimizi eşidən olmayıb. İndi gördük ki, prezident mədəniyyət işçilərini qəbul edir. Bax, onu görəndən sonra çox qürur duyduq. Ona inamımız artdı. Gəldik ki, bəlkə prezidentimiz işimizi həll elədi”- zərəçəkən Gülnaz xanım deyir.

Prezident Adminstrasiyasından zərərçəkənlərə onların işi ilə bağlı danışıqlar getdiyi deyilib və növbəti həftələrdə yenidən gəlmələri tövsiyə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t497ft

Ən çox baxılan