Mənbə: Meydan TV

''Futbol+'' qəzetinin əməkdaşları aksiya keçirib

"Futbol+" qəzetinin əməkdaşları aksiya keçirib

"Futbol+" qəzetinin əməkdaşları aprelin 9 – da Beynəlxalq Mətbuat Mərkəzinin önündə piket keçirib. Səbəb Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetə maliyyə yardımını dayandırmasıdır.

"Yalançı bir əsasları var ki, yalnız ictimai-siyasi nəşrləri maliyyələşdiririk. Təbii ki, bu bizə qurama təsir bağışlayır. Ona görə ki, onların maliyyə ayırdığı “Oxu məni” və s. qəzetlərin ictimai-siyasi nəşrlərə heç bir dəxli yoxdur. KİVDF belə namərd qərarla, ayrı-seçkilik etməklə, prezidentin siyasətinin ziddinə getməklə bizim həm insan, həm də jurnalist kimi hüquqlarımızı kobud şəkildə pozur”, - qəzetin baş redaktoru Mahir Rüstəmlinin sözləridir.

“Bu günləri “Futbol+” kollektivi çox fədakardır. Hər şeyə hazırıq, pulsuz işləməyə belə. Çünki bu qəzetin adı var. “Futbol+” idman mətbuatının məbədidir. Sadəcə bölgələrə getmək, müxtəlif turnirlərdə iştirak edib oxuculara informasiya çatdırmaq üçün həmin vəsaitin bizə çox köməyi dəyirdi”, - 10 ildir bu qəzetdə çalışan Rəşad Qasımov deyir.

Baş redaktor Mahir Rüstəmli bildirir ki, bu qərarın məqsədi qəzeti çökdürməkdir. Nə reklam bazarı, nə satış imkanları olmayan yerdə onlar qəzeti necə yaşadacaqlarını düşünürlər.

“Bizi qəzet bazarından sıxışdırıb çıxarmaq istəyirlər. Vəssalam. Burada da birbaşa KİVDF rəhbərliyi maraqlıdır. “Futbol+” qəzetini sıradan çıxarmaq ən asan yoldur. Çünki bizim arxamızda kollektivdən başqa kimsə yoxdur. Nə heç bir siyasi qüvvəyə, nə oliqarxa bağlıyıq. Bu kollektiv qəzeti özü maliyyələşdirir”, - Mahir Rüstəmli deyir.

Etiraz edən jurnalistlər piketin qətnaməsini KİVDF-nin nümayəndəsini verdilər. Sonra səslərini duyurmaq üçün Prezident Administrasiyasına yollandılar. Qurumdan jurnalistlərə aprelinin 11-də qəbula gəlmələrini söyləyiblər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu son 5 ildə hər ay 5 min manat məbləğində “Futbol+” qəzetinə yardım ayırırdı. Qəzetin əməkdaşlarının təbirincə desək, bu dəstək onlar üçün nəfəslik idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g8zp89

Ən çox baxılan