Həbs edilən müsavatçı gənc: “Sualların əksəriyyəti siyasi fəaliyyətimlə bağlı idi”

Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqovun işinə baxılıb. 3 aydır həbsdə olan müsavatçı dələduzluqda və saxta sənədlərdən istifadə etmədə təqsirləndirilir. İttihamda yazılıb ki, Ə.Sadıqbəyli əmisi oğlu və onun dostu olan “Nikoil” bankın işçisi ilə əlbir olub, kredit borcunun tam ödənilməsi barədə saxta arayış alıb. Vəkil Osman Kazımov deyir ki, Əbülfəzin həbsi siyasi ayrı seçkiliyin nümunəsidir:
“İşin maraqlı tərəfi odur ki, 3 nəfərə qarşı eyni ittiham irəli sürülüb. Buna baxmayaraq, yalnız Əbülfəz Sadıqbəyli barəsində həbs qətimkan tədbiri seçilib. Sırf siyasi motivli işdir. Əbülfəzin həbsi Müsavatın Gənclər Təşkilatının sədri olması ilə bağlıdır”.

Kreditin ödəndiyi ilə bağlı bankdan verilən arayış ekspertiza rəyi ilə qanuni hesab edilib. Arayışı Əbülfəz Sadıqbəyliyə təqdim edən “Nikoil” bankın keçmiş hüquqşünası Kamran Hüseynov isə borcun tam ödənmədiyini, sənədi ona tanışlıqla verdiyini iddia edir. Əbülfəz Sadıqbəyli isə bununla razılaşmır, həbsinin siyasi sifariş olduğunu deyir: “Məni Daxili İşlər Nazirliyində müstəntiq bir saat dindirdi, bunun cəmi 10 dəqiqəsi bank krediti haqda oldu. Sualların əksəriyyəti mənim siyasi fəaliyyətimlə bağlı idi. Soruşurdu ki, gənclər təşkilatının nə qədər üzvü var, hansı işləri görürsüz?”

Hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunan keçmiş bank işçisinin vəkili bankla barışıq üçün vaxt verilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə fevralın 20-dək təxirə salınıb. Ə.Sadıqbəyli CM-nin 178 (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. İttihamlara görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/49g9b6

Ən çox baxılan