Heydər Əliyevin əcdadlarının yaşadığı erməni kəndi

Azərbaycana rəhbərlik edən Əliyev ailəsi hazırda Ermənistan ərazisində yerləşən kənddən gəlib

Source:
Tanahat kəndi
Tanahat kəndi


Azərbaycana rəhbərlik edən Əliyev ailəsi hazırda Ermənistan ərazisində yerləşən kənddən gəlib

Azərbaycanın Naxçıvan bölgəsinə yaxın, Ermənistan dağlarının yüksək nöqtəsində yerləşən tərk edilmiş Tanahat kəndində bir vaxtlar Bakının hakim elitası yaşayırdı.

20 ildən çox Azərbaycanı idarə edən Heydər Əliyevin ailəsi 1980-ci illərin əvvəllərində yerli fermer təsərrüfatında işləyən 70 azərbaycanlı ailənin olduğu, daha sonra Comartlu adlanan bu kənddə ən azı 1921-ci ilə qədər yaşayıb.

“Azərbaycandakı böyük dostlarımızın lider kəndini görmək istəyirsinizmi?” yaxınlıqda yerləşən Sisian şəhərinin yerli bələdçisi Armen Sovet diktatoru Josef Stalin üçün istifadə olunan cümlələri təkrar edərək zarafatla deyir. (Armen onun əsl adı deyil. O, siyasi məsələlərə görə öz adını vermək istəmir. Lakin onun fikirləri atəşkəsin üçüncü onilliyində tez-tez atəşkəsi pozan erməni və Azərbaycan xalqının düşüncələrini əks etdirir).

“Burada doğulub” – dağların palçıqlı və qarlı cığırlarından keçən “Jeep”-ə bələdçilik edən edən Armen deyir – “Ailəsi doğum tarixini dəyişdirib”.

Armen hesab edir ki, bunun səbəbi böyük azərbaycanlı liderin Ermənistanda doğulmasının siyasi cəhətdən xoş qəbul edilməməsi ola bilər.

Deyir, 1969-1982-ci illərdə Azərbaycanın Kommunist Partiyasının birinci katibi və 1993-2003-cü illər arasında müstəqil Azərbaycanın prezidenti olan Heydər Əliyev 1921-ci ildə Comartlu rayonunda doğulub.

2004-cü ildə yaradılan və hal-hazırda Əliyevin gəlini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəşr etdirdiyi rəsmi bioqrafiyaya görə keçmiş prezident Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda doğulub və onun ailəsi Sovet orduları Qafqazı işğalı etdikdən qısa müddət sonra Comartludan bura köçüb. Böyük Sovet Ensiklopediyası da bu məlumatı təsdiqləyir. Lakin bir çox insan Heydər Əliyevin məhz Comartluda doğulduğunu iddia edir.

“Uzun müddətdir yayılan şayiələrə görə Əliyev əslində qeyd olunandan iki il əvvəl dünyaya gəlib. Lakin böyük bir azərbaycanlı siyasətçisinin doğum yeri kimi erməni kəndinin qeyd olunmamasına qərar verilib” – uzun müddətdir Qafqaz üzrə ekspert olan Tom de Vaal 2003-cü ildə Heydər Əliyevin ölümü münasibətilə yazdığı yazıda qeyd edib.

Maraqlıdır ki, müxbir kəndi ziyarət etdikdən və bunu “Twitter”də paylaşdıqdan sonra bir sıra Azərbaycan xəbər saytı oxşar məqalələr dərc edərək, Heydər Əliyev iki yaşına çatanadək, yəni 1925-ci ilədək Əliyev ailəsinin heç bir yerə köçmədiyini iddia etdi.

Kəndin xarabalıqları
Kəndin xarabalıqları

Əhalisinin sayca az olmasına baxmayaraq, 1970-ci illərdə Comartlu kəndini Bakı ilə birləşdirən avtobuslar müntəzəm xidmət göstərib. Bu avtobus xətti o zamanlar yüksək vəzifəli sovet məmuru olan Heydər Əliyevin göstərişi ilə istifadəyə verilmişdi.

Sovet İttifaqı dağıldıqdan və Ermənistan müstəqillik əldə etdikdən sonra Comartlunun da taleyi dəyişdi. Kəndin azərbaycanlı sakinləri 1988-ci ildə etnik münaqişələr başlayanda qaçdılar və daha sonra bu kəndə erməni qaçqınlar köçdü, lakin onların çoxu burada uzun müddət qalmadı.

Kənd 1995-ci ildə yaxınlıqdakı Ermənistan monastırının adını götürərək, Tanahat adlandırıldı və onun Azərbaycanla bağlı keçmişi Ermənistanın tarixindən silindi.

“Kənddə yalnız 10 ailə var. Amma əslində Tanahatın gələcəyi yoxdur”, – deyə kəndin başçısı Qomed Nərcizyan 2008-ci ildə erməni jurnalistlərinə açıqlama verib:

“Burdakı şərait yalnız heyvanlar üçün yaxşıdır. İnsanlar üçün isə heç nə yoxdur”.

Ətrafa baxanda, niyə onun bu nəticəyə gəldiyini görmək çətin deyil. Təpənin ətəyindəki bütün evlər çöküb və uzun müddət öncə dağılıb. Hal-hazırda burada yaşayışın olmasını göstərən yeganə əlamət boş araq şüşələridir. Bu, heç olmasa bir neçə yerli sakinin içmək üçün arada bura gəldiyini göstərir. Kəndi dünya ilə bağlayan yeganə yol dağların ətəyindəki, qışda keçilməz olan palçıqlı cığırdır.

Keçmiş sovet dövründə kəndlilər hakimiyyətin onlara laqeyd yanaşdığını söyləyirdilər. Ən böyük çatışmazlıqlardan biri müntəzəm avtobus xidmətinin olmaması idi. Yerli xalq bölgənin ən böyük şəhəri olan Sisiana avtobusla getmək üçün 5 kilometr aralıda yerləşən qonşu Tasik kəndinə bir saatdan çox piayada getməli idilər. Nəqliyyat xidməti olmadığı üçün yerli sakinlərin uşaqları məktəbə gədə bilmirdilər və ailələr qonşu kəndlərə köçürdülər. 2014-cü ildə orada yalnız üç ailə yaşayırdı. Bu gün isə heç kim yaşamır.

Ancaq regional turistlərin böyük bir qismini kəndə cəlb etmək olar.

“Bilirsiniz, azərbaycanlıların Naxçıvan hərbi sərhədindən keçərək bu kəndə gizli şəkildə səyahət etməsi qeyri-adi bir şey deyil”, – deyə Armen bölgədə gəzən şayiələrdən danışdı. Erməni Sərhəd Xidməti şərh almaq istəyimizə cavab vermədi.

Heydər Əliyev 1969-cu ildən 2003-cü ilədək öz dəmir yumruğu ilə qonşu Azərbaycanı idarə etdi. Sadəcə 1987-ci ildə Sovet lideri Mixail Qorbaçovun anti-korrupsiya kampaniyasından sonra qısa müddətlik fasilə verdi. Əliyev kampaniyanın ilk qurbanlarından biri idi, lakin 1993-cü ildə müstəqil dövlətin vətəndaş müharibəsinə yaxınlaşmasından sonra hakimiyyətə qayıtdı. 2003-cü ildə vəfat edən Əliyev öz yerini hələ də hakimiyyətdə olan oğlu İlhama verdi. İlham Əliyev 7 illik Prezident seçilmək üçün növbəti ay qeyri-ciddi rəqibləri ilə birlikdə seçkilərə gedəcək.

Yüksək rütbəli Əliyevin irsi Ermənistan üçün müəmmalı qalır. O, düşmən dövlətin rəhbəri idi və onun liderliyi dövründə Qarabağ münaqişəsinin ən qanlı mərhələsi başladı. İlham Əliyevin bugünkü siyasətinə nisbətən atası daha diplomatik və Ermənistanla sülhə açıq siyasət yürüdürdü.

Vəziyyət nə olursa olsun, Comartlu bu gün qeyri-müəyyənlik və tərk edilmişlikdən çürüyür.

“Siz bura gətirdiyimiz ilk ziyarətçilərsiniz”- Armen təbəssümlə dedi.



Mənbə:

Eurasianet


Ana səhifəXəbərlərHeydər Əliyevin əcdadlarının yaşadığı erməni kəndi