İki hərbçinin əsgərlikdə qazanılmış xəstəlikdən sonrakı taleyi...

Vaqif Cəfərov və Valeh Mustafayev eyni hərbi hissədə müddətdən artıq xidmət ediblər. Daha sonra sağlamlıqlarında yaranan problemə görə ikisi də ehtiyata buraxılıblar. Onlar bildirirlər ki, xəstəliklərini hərbi xidmət dövründə aldıqlarına görə onlara kompensasiya ödənməli və əlillik dərəcəsi verilməlidir. Hərbçilər deyir ki, müraciətlərinə nə Müdafiə Nazirliyi, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmır.

Hərbi Həkim Komissiyasının rəyində göstərilir ki, Valeh Mustafayevin mədəsində 4, onikibarmaq bağırsaq soğanağında 3 ədəd residiv xora aşkar edilib. Rəydə qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınıb. O, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Vaqif Cəfərova isə hər iki aşağı ətraf venalarında xr. Tromboflebit əlamətləri diaqnozu qoyulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirir ki, məlumatlar araşdırılacaq və şikayətçilərlə birbaşa ünsiyyətə keçəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictitimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyir ki, şikayətçilərin heç biri Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməyib. Əlilliyin təyinatı üçün müraciət vətəndaşın ərazi üzrə səhiyyə müəssisəsinin elektron sistemi vasitəsilə göndərdiyi Forma 88 sənədi əsasında həyata keçirilir. Fazil Talıbov bildirir ki, ehtiyatda olan hərbçilərlə bağlı səhiyyə müəssisələrindən elektron sistemə göndəriş daxil olmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova vurğulayır ki, tibbi sənəd üçün müraciət olunan müəssisələrdə heç kimdən rüşvət istənilmir.

Ehtiyatda olan hərbçilər deyirlər ki, hökumətin maddi yardımı olmadan nə tibbi xərclərini, nə də gündəlik ehtiyaclarını qarşılaya bilmirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2qqba0

Ən çox baxılan