Culian Assanj

Mənbə: google.az

Başlıq: Culian Assanj

İsveç Assanjın təcavüz istintaqını yenidən başlatmağı düşünür

Qurbanın vəkili istintaqın yenidən açılması üçün ''əlimizdən gələn hər şeyi edəcəyik''söyləyib

"Wikileaks"-in həmtəsisçisi Culian Assanj (Julian Assange) İsveçdə təcavüz iddiası ilə bağlı yenilənmiş istintaqla üzləşə bilər, - BBC xəbər verir.

Ötən gün Assanj Londondakı Ekvador səfirliyində ayrı bir ittihamla həbs olunub. O, Ekvadordan 7 il müddətinə sığınacaq tələb etmişdi.

Qurbanın vəkili istintaqın yenidən açılması üçün "əlimizdən gələn hər şeyi edəcəyik" söyləyib.

Birləşmiş Millətlər Təşkilatı hər hansı təhvil verilmə müddətində Assanjın ədalətli mühakimə edilmə hüququnun qorunmasına çağırıb.

47 yaşlı Avstraliya doğumlu Assanj həmçinin 2010-cu ildə hökumət sirlərinin ən böyük sızdırılma əməliyyatında tutduğu rola görə ittiham edilir.

O, 2012-ci ildə cinsi təcavüzə görə İsveçə ekstradisiya edilməməsi üçün Knightsbridge səfirliyinə sığınıb. Amma Ekvador qəflətən öz sığınacağını geri çəkib və cümə axşamı Assanjı həbs etmək üçün polis çağırıb.

Onun dramatik həbsindən sonra o, "Westminster Magistrates" Məhkəməsinə aparılıb və Britaniya qanunlarına görə günahkar bilinib. O, cümə axşamı gecəsini həbsdə keçirib və 12 ay daha Britaniyada həbsdə qalmalı olacaq.

İsveç prokurorluğu 2017-ci ildə Assanja başladılan təcavüz istintaqını dayandırıb. Assanj Ekvador səfirliyinə sığındığı üçün prokurorluq onu rəsmi olaraq ittihama cəlb edə bilmirdi və bununla da işi davam etdirmək mümkün olmurdu.

Onlar təcavüz iddiasını yenidən qaldıracaqlar. Assanj bu iddianı təkzib edir.

Ekstradisiya prosesi ilə üzləşən və ABŞ-da kompüter hacking-ə görə federal həbsxanada 5 il həbs cəzası çəkməsi gözlənilən Assanjı Britaniya təhvil verməməkdə dirənməlidir, Britaniya rəsmisi Diane Abbott BBC Radio 4-ün “Bu gün” proqramında çıxış edərək deyib.

"Bu, “Wikileaks” və ictimaiyyətə açıqlanan Amerika hərbi və təhlükəsizlik xidmətlərinin fəaliyyəti haqqında utancverici məlumatlardır", - o deyib. Abbott əlavə edib ki, Assanj ilk növbədə İsveçin ədliyyə sistemi qarşısında cavab verməlidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jq4z99

Ən çox baxılan