Köhnə ildə Meydan TV-yə kimlər üz tutdu, nələr oldu…

Kimisi isti ev-eşik tapdı, kimisi də məhkəməyə verildi

Source:


imisi isti ev-eşik tapdı, kimisi də məhkəməyə verildi

2018-ci ildə Meydan TV-yə sosial şikayətlər əsasən Azərbaycanın bölgələrindən gəldi. Bu şikayətlərin, giley-güzarların əksəriyyətinə dövlət səviyyəsində reaksiya olmasa da, vətəndaş cəmiyyəti biganə qalmadı. Meydan TV bölgələrdəki insanların sosial problemlərini ictimailəşdirdikcə, vətəndaş cəmiyyəti də öz ianələri hesabına bu problemlərin qismən də olsa həllinə çalışdı. Hökumət qurumlarından da bəzi şikayətlərə reaksiya oldu. Məsələn, maaşının kəsilməsinə etiraz etdiyi üçün işdən qovulan bir küçə təmizlikçisi buni ictimailəşdirən kimi idarə rəisi tərəfindən məhkəməyə verildi.

Bu il iyulun 26-da Qazax sakini olan Röyalə Əzimova

Meydan TV

-yə danışdı ki, yerli icra hakimiyyətinə iş üçün müraciətlərindən sonra Qazax Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən küçə təmizlikçisi kimi işə götürülüb. Bir neçə ay sonra maaşının bir hissəsinin kombinatın rəisi tərəfindən mənimsənilməsinə etiraz etdikdə işdən çıxarılıb.

Kombinat rəisi Arif Heydərov

da “şərəf və ləyaqətinin müdafiəsi”, “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi”, yazılanların təkzib olunması tələbi ilə keçmiş işçisini məhkəməyə vermişdi. O, Royalə xanımdan mənəvi zərər olaraq 10 min manat təzminat tələb edirdi.

İlsonuna günlər qalmış hakim bu tələbi 300 manata endirərək iddianı təmin edib.



Diqqəti ədalətsizliyə çəkmək istədi, cərimələndi

“Rəis dedi, yazdırdıqlarına görə səni süründürəcəm. Dedi və elədi… Maaaşımı kəsdiyinə görə Meydan TV-yə şikayətçi olduğum keçmiş rəisimə indi 300 manat ödəməliyəm”, – Röyalə xanım deyir. O, əslində media vasitəsilə problemini hökumətin diqqətini işsizliyinə, ədalətsizliyə məruz qalmasına çəkmək üçün ictimailəşdirmişdi.

İlin əvvəli

Meydan TV

Xaçmaz sakini olan və 2015-ci ildə (aprel döyüşlərindən əvvəl) Füzuli döyüşlərində gözlərini itirmiş gənc MAXE İlkin Talıbovun sosial problemlərini işıqlandırmışdı.

İlkin Talıbov ön cəbhədə vuruşarkən evi yaxın qohumu tərəfindən sökülmüşdü. Qohum həmin evin yerində özünə başqa ev tikmişdi, İlkinin anası və bacısı Bakıya köçüb burada başqa bir qohumun evinə sığınmalı olmuşdu. Döyüşdən hər iki gözünü itirmiş vəziyyətdə qayıdan İlkin də həmin qohumun evində müvəqqəti yaşayırdı. Məhz Meydan TV ailənin bu problemini ictimailəşdirəndən qısa müddət sonra xaricdə yaşayan iş adamı Füzuli Məmmədov İlkinin mənzil problemini həll etdi.



Birinin işığı bərpa olunub, o birilərinin yolu çəkilib

Yaşadığı Dəllər kəndinin sosial problemlərindən prezindentə yazdığına və kömək istədiyinə görə Əzizağa Cahangirovun evinə gedən işıq xətti kəsilmişdi.


Meydan TV

bu məsələni işıqlandırdıqdan sonra evinin işığı bərpa olunan sakinə “başını aşağı salıb dolanması” tapşırılmışdı.

Ağstafanın mərkəzinə yaxın olan Müseyib Allahverdiyev küçəsi də həmin küçənin sakinlərinin

Meydan TV

-yə müraciətindən sonra təmir olundu. Rayonun 6 kəndini ilə mərkəzi birləşdirən yol illərdir ki, bərbad vəziyyətdə idi. Sakinlərin deməsinə görə, hər gün yüzlərlə insan bu yoldan keçəndə ayağına sellofan bağlayırmış ki, ayaqqabısı palçığa batmasın.



Bir vətəndaşın problemini o birisi həll edirsə…

İmkansızlıq səbəbindən müalicədən, təhsildən kənarda qalan xeyli ailə məhz

Meydan TV

-yə müraciət etdikdən sonra fərdi insanların köməkləri sayəsində problemlərinin bir qismini həll edə biliblər.

Məsələn, Hökməlidə yaşayan və təcili əməliyyata ehtiyacı olan 3 yaşlı

Murad Meytili

nin ailəsinin səsinə də məhz bir iş adamı səs verdi. Muradın əməliyyat xərclərini üzərinə götürdü. Səhiyyə Nazirliyinin siyahısında isə əməliyyat üçün Muradın adı 400-cü yerdəydi və ailə hələ illərlə gözləməliydi.

Lerikin Darvadibi kənd sakini, 10 uşaqdan ikisini imkansınlıqdan müalicə edə bilməməsi üzündən itirən

Əvəz Vəliyev

evsiz-eşiksiz qalıb. Onun evi torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətdə düşdüyündən, biri əlil olan, dördü epilepsiyadan əziyyət çəkən azyaşlı uşaqlarla kirayələrlə qalıb.

Meydan TV-yə müraciətindən sonra Lerikin İcra Hakimiyyətinə dəvət olunub və ona evinin bərpa ediləcəyi bildirilib. Fərdi insanlar ailəyə maddi yardımlar ediblər. Belə nümunələr onlarladır.



Ekspert: “Vətəndaşların problemləri ört-basdır edilməsə…”

İqtisaçı ekspert Azər Mehtiyev deyir, əhalinin sosial problemlərinin həlli ilə dövlət çalışmalıdır. Bölgələrdəki əhalinin sosial rifahının yaxşılaşması üçün ilk növbədə Regionların İnkişafı Proqramında bu istiqamətdə tədbirlər nəzərdə tutulmalıdır:

“İndiyədək Azərbaycanda regionların iqtisadi inkişafı üzrə üç dövlət proqramı icra olunub. Üçüncü proqram da artıq başa çatmaq üzrədir. İcra olunan proqramların heç birində sosial problemlərin həlli nəzərdə tutulmamışdı. Proqramlarda əsasən regionların infrastruktur, işıq, qaz, su problemlərinin aradan qaldırılması nəzərdə tutulmuşdu. Bu işlər də əsasən rayon mərkəzlərini əhatə edirdi, mərkəzi küçələrin abadlaşdırılması və sair… Halbuki, əhalinin böyük hissəsi kəndlərdə yaşayır və onların da əsas problemləri işsizlikdir. Statistikaya görə, əhalinin 1/3 hissəsi kəndlərdə çalışır. Ancaq bu, yalançı statistikadır. Torpağın olması hələ kəndlinin işlə təmin edilməsi anlamına gələ bilməz. Reallıqda kəndlərdəki əhalinin əsas problemi elə işsizlikdir ki, bu da onlara öz sosial, maddi problemlərini həll etməyə imkan vermir, onların yaşayışını məhdudlaşdırır”.

Ekspert hesab edir ki, regionların iqtisadi inkişafı ilə bağlı növbəti proqlamlarda işsizliyin aradan qaldırılmasına daha çox yer verilməlidir.

Azər Mehtiyev
Azər Mehtiyev

İnsanların maddi, sosial ehtiyaclarının başqalarının ianələri hesabına həll olunmasına gəlincə, ekspert hesab edir ki, səbəb vətəndaşların problemlərinə dövlət qurumları tərəfindən sərgilənən biganə münasibətdir:

“Bölgələrdə insanların çoxlu sayda spesifik problemləri var. Bu problemləri yerli dövlət qurumları aradan qaldırmalıdır. Ancaq təəssüf ki, yerli qurumların nümayəndələri əksər hallarda vətəndaşın problemini həll etmək əvəzinə, ört-basdır edir. Vətəndaş da öz problemini üzə çıxarmaqda vətəndaş cəmiyyətinin köməyinə ehtiyac duyur. Təəssüf ki, ölkəmizdə həm də vətəndaş cəmiyyətinin inkişafının qarşısı müxləlif yollarla alınır”.

Ekspert deyir, ən vacib məsələ əhaliyə yaxın olan idarə və strukturların yaradılmasıdır. Bələdiyyələrin bugünkü özfəaliyyəti aradan qaldırılmalı, səlahiyyətləri və maliyyə imkanları genişləndirilməlidir. Əhaliyə imkan verilməlidir ki, seçdikləri bələdiyyələrdən öz sosial problemlərinin həllində yararlana bilsinlər. Yerli idrarəetmə qurumlarına əhalinin üzləşdiyi sosial problemlərin həllində düzgün səlahiyyət verilsə, məsələn, ucqar bir kənddəki vətəndaşın ən xırda probleminin həlli üçün Bakıdakı mərkəzi qurumlara müraciət etməsinə ehtiyac qalmaz. Bu müraciətlər əksər hallarda elə yollardaca itib batır, ünvana gedib çatmır.

Ana səhifəReportajKöhnə ildə Meydan TV-yə kimlər üz tutdu, nələr oldu…