Lahıclı usta

Teymur usta öz həyətində kiçik bir emalatxana düzəldib öz işlərini də burada görür.

Teymur usta öz həyətində kiçik bir emalatxana düzəldib öz işlərini də burada görür.

Teymur usta uzun illərdir təsərrüfat və məişət alətləri düzəldir. Bu sənəti atasından öyrəndiyini deyir.  Abdulla kişi uzun illər dəmirçi olub, daha sonra isə Lahıc kəndinin bacarıqlı ustası kimi tanınıb.

O, şam və armud ağacından qaşıq, çömçə, bıçaq kimi məişət əşyaları ilə yanaşı həm də əkin-biçin üçün lazım olan çalğı (kərənti), oraq və s. alətlər də düzəldir. Lakin atasının yaşlandığını deyən Teymur usta artıq sifarişləri özü götürür:

"Bu iş çox çətindir. Adi bir çömçəni düzəltmək üçün 3 saat vaxt tələb olunur. Qiyməti də 3-6 manat olur".

Lakin təsərrüfat alətlərini düzəltmək üçün 3-5 gün tələb olunur. Hazırda 83 yaşı olan Abdulla kişinin bir vaxtlar bəy yəhəri belə düzəltdiyini deyən Teymur usta artıq bu cür əşyalara tələb azaldığından onunla yalnız sifariş olduğu zaman məşğul olur.

Ağacın digər tullantıları lazımsız olduğundan odun kimi istifadə olunur

Ağacın digər tullantıları lazımsız olduğundan odun kimi istifadə olunur

Qızdırılmış dəmir taxta qaşığa basılaraq deşiklər açılır

Qızdırılmış dəmir taxta qaşığa basılaraq deşiklər açılır

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dbu0ad

Ən çox baxılan