Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası

Mənbə: Foto: Azərtac

Başlıq: Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası

''Lukoyl'' Xəzərdə iki qaz layihəsinə qoşulmaq niyyətindədir

İlham Şabah: ''1993-cü ildən sonra bu formatda tədbirə və dünyanın Azərbaycana diqqətinə rast gəlməmişdim''

Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.

Toplantıda 14 neft ölkəsi və OPEC Katibliyi səviyyədə təmsil olunub.

“Report.az” yazır ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər.

Tədbirə həmçinin OPEC-in üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, 13-cü iclasın Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir:

“O mənada ki, dünya neft bazarı kartelinin üzvləri Bakıdadırlar. OPEC-in Baş katibi, icraçı direktoru, katibliyi burdadıydı. 1993-cü ildən sonra bu formatda tədbirə və dünyanın Azərbaycana diqqətinə rast gəlməmişdim. Bakıda “Eurovision” mahnı yarışması, Avropa Olimpiya Oyunları və başqa beynəlxalq idman yarışları da keçirilib, amma belə diqqət olmayıb. Təsəvvür edin ki, 20 televiziya, CNN, “Blomberq”, “Euronews” və başqa xarici televiziyaları birbaşa yayım edirdilər. Dünya birjalarına təsir edən xəbərlər Bakıdan gedirdi. Günün ikinci yarısında “Lukoyl”un prezidenti Vahid Ələkbərov da toplantıya qatılıb Azərbaycanın maraqlarına cavab verən iki bəyanat verdi. Vahid Ələkbərov dedi ki, onun şirkəti Azərbaycanın Xəzərdə iki qaz layihəsinə qoşulmaq niyyətindədir. Bununla bağlı rəsmi Bakı ilə danışıqlara başlayırlar”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lhtnzw

Ən çox baxılan