Mənbə: Meydan TV

Məhkəmə Robert Köçəryanın həbs müddətini uzadıb

Eks prezidentin vəkilləri bu tələbi əsassız və siyasi motivli hesab edirlər

Yerevan Şəhər Məhkəməsi cümə günü sabiq prezident Robert Köçəryanın həbs müddətini iki ay daha uzadıb. Köçəryanın vəkili Aram Orbeliyan martın 15-də məhkəmə iclasından sonra açıqlama verib.

Orbeliyan qərara etiraz edəcəyini söyləyib.

Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Münaqişə nəticəsində 10 nəfər ölüb.

Hadisə Köçəryanın ölkədə üç həftəlik fövqəladə vəziyyət elan etməsindən sonra baş vermişdi.

O, ötən ilin dekabrında həbs edilib.

Eks-prezident ittihamları rədd edir, onları siyasi motivli sayır.

Martın əvvəlində Xüsusi İstintaq Xidməti (SIS) Köçəryanın ikinci dəfə həbsinin uzadılmasını istəyib. Məhkəmə martın 15-də tələbi təmin edib.

Köçəryanın vəkilləri bu tələbi əsassız və siyasi motivli hesab edirlər.

64 yaşlı keçmiş prezident deyir ki, ittihamlar hazırki Baş nazir Nikol Paşinyanın ona qarşı apardığı siyasi "vendetta" nın bir hissəsidir.

Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamışdı və bununla əlaqədar təxminən iki il həbs cəzasına məhkum edilmişdi.

O, Köçəryana qarşı cinayət işini qətiyyətlə müdafiə edib və bu cinayət işini təşviq etmədiyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6hz202

Ən çox baxılan