Mehriban Əliyeva Fransaya niyə gedib?

Səfərin rəsmi və ya işgüzar olması haqqında məlumat verilmir

Source: Foto: Azərtac

Səfərin rəsmi və ya işgüzar olması haqqında məlumat verilmir

Mehriban Əliyeva Birinci vitse-prezident qismində ilk dəfə Fransaya səfər edib. Statusuna görə bu səfər nə rəsmi, nə işgüzar səfər kimi göstərilməyib. Azərbaycan prezidentinin saytında quru şəkildə "səfər edib" yazılıb.

Amma, deyəsən, prezident Makron istisna olmaqla, yüksək vəzifəli dövlət xadimləri ilə təşkil edilmiş görüşlər xaricən rəsmi səfər statusuna dəlalət edirdi. Siyasi mənada kimin kimə baxdığı çox da aydın deyil, baxmayaraq ki, qarşılıqlı maraq olduğu istisna deyil, axı, necə olursa olsun, Azərbaycan dövlətində ikinci şəxsdir. Parisdə Əliyeva hökumət, senat, parlament başçıları, nazirlər, böyük biznesmenlərlə görüşüb. O, həmçinin bu yaxınlarda, yanvarın 15-də Fransanın xarici siyasət elçisi qismində Bakıya gələn eks-prezident Sarkozi ilə görüşüb.

Parisdə saziş, memorandum və bu cür tədbirlərə xas olan digər sənədlər imzalanmayıb, bu da səfərin tanışlıq xarakteri daşıdığını təsdiq edir.

Səfər səviyyəsinə görə prezident İlham Əliyevin 2017-ci ilin martında Fransaya rəsmi səfəri ilə müqayisə oluna bilər. Həmin vaxt o, Fransa dövlət aparatında prezident Oland və onun komandası ilə belə yüksək səviyyəli görüşlər keçirmişdi.

2018-ci il iyulun 20-də Əliyevin Parisə işgüzar səfəri bir qədər soyuq idi və prezident Makron və Fransanın 11 böyük şirkətinin rəhbərləri ilə görüşlərlə məhdudlaşıb, yekun olaraq 2 mlrd. dollarlıq müqavilələr bağlanılıb.

Əlbəttə, qeyd edilən səfərlərin yalnız xarici fərqlərinə əsaslanaraq, Əliyevanın həmsöhbətləri ilə söhbətlərinin mahiyyəti haqqında daha geniş məlumata malik olmadan səfərin əhəmiyyətindən əminliklə danışa bilmərik.

Amma odlar yurdunun müstəqillik əldə etməsindən etibarən Azərbaycan-Fransa münasibətləri tarixinə nəzər salsaq, ehtiyatla belə bir nəticə çıxarmaq olar ki, Fransa elitası Əliyevanı görməkdə heç də az maraqlı deyildi.

Prezident Heydər Əliyev Fransaya ilk səfərini 1993-cü ilin dekabrında edib, bu, ikitərəfli münasibətlərin gələcək inkişafının əsasını qoyub. Avropa siyasətində Fransanın əhəmiyyətini nəzərə alaraq, o, prezidentlər Meteran və Şirakla və Total, Elf və digərlərinin timsalında böyük Fransa biznesi ilə subardinar münasibətlər qururdu.

İlham Əliyev prezident qismində ilk xarici səfərini 2004-cü ilin yanvarında Fransaya edib, 2007-ci ilin yanvarında isə artıq dövlət səfəri ilə Parisə gəlib.

Əliyevlər Fəxri Legion ordeni kavalerləridirlər, onlar ikitərəfli münasibətlərin inkişafına verdikləri töhfəyə görə bu ada layiq görülüblər. Əliyevlərin Fransaya münasibətini isə yalnız dövlət maraqları və mərasimlərlə deyil, həm də Fransa mədəniyyətinə və mentalitetinə xüsusi münasibətləri ilə əlaqələndirmək olar. Son zamanlar M.Əliyeva Heydər Əliyev Fondunun rəhbəri, birinci ledi və xüsusi şəxs qismində tez-tez Fransada olub və uğurla onun getdikcə yüksələn siyasi karyerasında mühüm rol oynaya biləcək yüksək əlaqələr qurmağı bacarıb.

Ana səhifəAnalitikaMehriban Əliyeva Fransaya niyə gedib?