Milli Şuranın mitinqi baş tutdu (Fotosessiya)

Sentyabrın 23-də Milli Şura Bakıdakı Məhsul stadionunda mitinq keçirib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 15:00-dan 17:00-dək davam edib.

Aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər. Mitinqdə adı təşkilatların siyasi məhbus siyahısında olan şəxslərin yaxınları, inanclı şəxslər də iştirak ediblər.

Aksiya insidentsiz başa çatıb. Növbəti mitinq oktyabrın 7-nə təyin edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wx6c0r

Ən çox baxılan