Moldova parlamentində heç bir partiya çoxluq qazanmayıb

Parlamentin 101 oturacağı iki hissəyə bölünüb

Source:
Moldova parlamenti
Moldova parlamenti


Parlamentin 101 oturacağı iki hissəyə bölünüb

Moldovanın parlament seçkilərində heç bir partiya əksəriyyət qazanmayıb, – Azadlıq Radiosu xəbər verir.

İlkin nəticələr göstərir ki, rəqib siyasi qüvvələr Avropa İttifaqı ilə inteqrasiya və Moskva ilə daha sıx əlaqələr arasında gedən döyüşdə iştirak edirlər.

Rusiya tərəfdarı olan Sosialist Partiya növbəti parlamentdə ən çox yer qazanmağa iddialıdır. Ondan sonra Qərblə daha sıx əlaqələr qurmağa çalışan hakim demokratlar və anti-korrupsiyaya qarşı mübarizə aparan Avropa Birliyi tərəfdarı olan koalisiyası ACUM gəlir.

Fevralın 24-də keçirilən səsvermə yeni seçki sistemi ilə keçirilib. Belə ki, parlamentin 101 oturacağı 50-si partiya siyahıları üzrə və 51-i fərdi mübarizə yoluya seçilmiş deputatlara görə iki hissəyə bölünüb.

Seçki nəticələrindən sonra 45 gün ərzində növbəti parlament koalision hökumət qura bilməzsə, prezident parlamenti buraxmalı və yeni seçkilərə çağırmalıdır.

Sosialist Partiyaya Moldova prezidenti olana qədər liderlik edən İqor Dodon 24 fevralda bildirib, bu yaxın aylarda növbədənkənar seçkinin olması riski çox yüksəkdir.

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də qeyd edib ki, demək olar, bütün seçki bülletenləri sayılıb və Sosialist Partiya partiya siyahısı üzrə verilən səslərin əksəriyyətini qazanıb. Daha sonra ACUM koalisyası gəlir.

Ümumi nəticələrə görə, sosialistlər növbəti parlamentdə 34, demokratlar 31, ACUM 26 yerə və mühafizəkar Şor (Shor) Partiyası isə yeddi yer qazanıb. Üç müstəqil namizəd qalan yerləri alacaq.

Mərkəzi Seçki Komissiyası səsvermənin insidentsiz keçirdiyini söyləsə da, həm Rusiya, həm də Avropayönümlü qüvvələr hakim demokratları massiv fırıldaqçılıqda günahlandırıblar.

Səsvermə dayandıqdan sonra danışan ACUM koalisiyasının lideri Maya (Maia) Sandu seçkilərin “nə azad, nə ədalətli, nə də demokratik” olduğunu söyləyib.

“Bu, Moldova tarixində ən az demokratik seçkilər idi,”- o əlavə edib.

MSK-ya görə, seçki zamanı ölkədəki seçicilərin sadəcə yüzdə 49-u səsvermə hüququndan istifadə edib.

Seçicilər Moldovanın rusdilli bölgəsi olan Transdniesterin faktiki sərhədində yerləşən Dorotcaia və Coşnita (Coshnita) kəndlərində seçki məntəqələri xaricində uzun növbələr yaradıb.

Onlardan bəziləri Azadlıq Radiosunu bildiriblər ki, onlar səsvermə məntəqələrinə Transdniesterdən xüsusi avtobuslarla gətiriliblər. Transdniestrdə seçkilər keçirilmir və səs verdikdən sonra onlara 50 ilə 150 dollar arasında Moldova layı (3 ilə 9 dollar arasında) pul söz verildiyini bildiriblər.

Həm sosialistlər, həm də demokratlar səs almaqda ittiham edirlər. Seçki Komissiyası bu ittihamları araşdıracağını deyir.

Ana səhifəXəbərlərMoldova parlamentində heç bir partiya çoxluq qazanmayıb