Vidadi Zeynalov

Mənbə: google.az

Başlıq: Vidadi Zeynalov

Nazirliyin sabiq Aparat rəhbəri vaxtından əvvəl azadlığa buraxıldı

Vidadi Zeynalovu qohumları qarşılayaraq evinə aparıb

Martın 15-də Sabunçu Rayon Məhkəməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, 2015-ci ilin oktyabrında həbs olunandan bu yana 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan V.Zeynalov oradan da azadlığa çıxıb və onu qarşılayan qohumları birbaşa evinə aparıblar.

Məhkəmənin qərarında onun səhhətində problemlər olduğu, həbsdə saxlandığı müddətdə daxili intizam qaydalarına əməl etdiyi, bu səbəbdən vaxtından əvvəl buraxılmasının məqsədə uyğun sayıldığı göstərilib.

Nazirliyin tabeliyində olan müəssisələrdə təmir-tikinti işləri zamanı qiymətlərin şişirdilərək artıq göstərilməsi, tenderləri öz şirkətinə verməsi və s. əməllər nəticəsində 153 milyon manata yaxın büdcə vəsaitinin mənimsənilməsində ittiham olunan V.Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 ilə qədər azaltmışdı.

V.Zeynalov 2017-ci ilin oktyabrında MTN vəzifəlilərinin həbsilə nəticələnən əməliyyatdan sonra saxlanılıb. MTN işi üzrə istintaqa sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu, "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin sabiq rəisi Beytulla Hüseynov çağrılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyilə bağlı müəyyən məsələlər üzə çıxıb. Bundan sonra 11 nəfər, o cümlədən V.Zeynalov həbs olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nxhs0o

Ən çox baxılan