Oliqarxın doğma kəndi – gürcü arzusu haqda əfsanə

Kənd haqqında əsatirlər dolaşır, Tbilisiyə də onun əks-sədası gəlib çatır – Çorvilanı bəzən Avropa kəndi, bəzən sosializmin vahəsi adlandırırlar və əlavə edirlər ki, Sovet hakimiyyətinin bacarmadığını tək bir gürcü milyardçısı burada gerçəkləşdirə bilib

Source: JAMnews


Gürcüstan əyalətində heç nə ilə fərqlənməyən bu kəndin siması onun yetirmələrindən biri zənginləşəndən sonra dəyişdi. Çorvila kəndi oliqarx və Gürcüstanın kölgədə qalan rəhbəri Bidzina İvanişvilinin vətənidir. Adi adamlar üçün bu məkan uzun müddət bir reklam vitrini idi: bütün yerli sakinlər üçün pulsuz tibbi xidmət, yüksək müavinətlər, maaşlara əlavələr


və qiymətli hədiyyələr… Milyardçı


İvanişvili siyasətə qatılacağını elan edəndə bir çoxu


Çorvilanı


özünəməxsus seçkiqabağı vəd hesab etdilər və


İvanişvilinin yaratdığı siyasi qüvvəyə səs verəcəkləri təqdirdə bəlkə də bütün Gürcüstanın Çorvila kimi yaraşıqlı olacağına inandılar. Ancaq bu, baş tutmadı. Üstəlik, Çorvilada yaşayanlar da qayışlarını


sıxmalı oldular – həmin kəndə baş


çəkmiş


“JAMnews” jurnalistləri buna əmindirlər.

Saçxeri rayonunun Çorvila kəndi Qərbi Gürcüstanda, Tbilisidən 166 kilomettr məsafədə yerləşir. Balaca Gürcüstan miqyasında bura ucqar əyalət, geridə qalmış bir yerdir. Onun yerləşdiyi bölgə İmereti adlanır, tarixən zəngin olmayan, torpağı münbit sayılmayan, postsovet dövründə fəaliyyətini dayandırmış sənaye obyektlərinin yerləşdiyi, bütün Gürcüstan kimi işsizlikdən inildəyən bir ərazidir. Dağılmış yolların tozu, əyilmiş çəpərlər, köhnə tikililər – adət etdiyimiz kənd görkəmi.

Belə bir fonda Çorvila kəndi səhrada vahəni və ya ilğımı xatırladır. Hamar yol örtüyü, yeni evlərin parlaq kirəmiti, möhkəm hasarlar – haradasa İsveçrənin dağ kəndinə bənzəyir.

Kənd haqqında əsatirlər dolaşır, Tbilisiyə də onun əks-sədası gəlib çatır – Çorvilanı bəzən Avropa kəndi, bəzən sosializmin vahəsi adlandırırlar və əlavə edirlər ki, Sovet hakimiyyətinin bacarmadığını tək bir gürcü milyardçısı burada gerçəkləşdirə bilib …


Pulsuz pendir – 2012-ci ilə qədər

Məsələn, “Sosializm” özünü Çorvila kəndinin sakinlərinin qaza görə pul ödəməmələrində göstərirdi. Üstəlik digər məişət texnikası – məsələn, televizorlar və soyuducular kimi, qaz qızdırıcıları da hamıya pulsuz paylanırdı. Mütəmadi olaraq yerli sakiinlərin soyuducuları ərzaqla dolurdu – bu da təmənnasız idi.

Kənddə yeni böyük məktəb tikilib, yaxındakı rayon mərkəzində )qəsəbə Saçxere adlanır) isə müasir avadanlıqla təchiz olunmuş, savadlı həkimlərin çalışdığı xəstəxana istifadəyə verilib – burada rayonun bütün əhalisinə pulsuz xidmət göstərilirdi, kənardan gələnləri də çox xərcə salmırdılar, əgər söhbət təxirəsalınmaz yardımdan gedirdisə, adaların qeydiyyatına fikir vermədən xidmət göstərilirdi.

Həkimlər və müəllimlər yaxşı maaş alırdılar – onların məvacibinə yetərincə artımlar olunurdu. Təsvir edilən xeyirxahlıqlar seçilmişləri yox, istisnasız olaraq kəndin bütün əhalisini əhatə edirdi.

İmeretidəki kənd “sosializm”inin yeganə sponsoru 63 il əvvəl Çorvinada dünyaya göz açmış iş adamı Bidzina İvanişvili idi. O, 2000-ci illərin əvvəlində kənddə genişmiqyaslı bərpa işlərini həyata keçirdi (əslində, bütün evləri yenidən tikdi), sonra isə güzəştlər sisteminin tətbiqinə başladı. 2011-ci ildə gözlənilmədən siyasətə qoşulduğunu elan etdi, “Gürcü arzusu” koalisiyasını yaratdı və tezliklə Mixail Saakaşvilinin komandasının 9 illik idarəçiliyindən yorulmuş cəmiyyətin böyük dayağına nail oldu.

Təxminən həmin vaxt İvanişvilinin balaca Vətənindəki “sosializm” də yavaş-yavaş yox olmağa başladı.


Əliaçıqlıq niyə tükəndi?

Güzəştlər mərhələli şəkildə ləğv olundu, artıq bu gün Çorvilada hamıya qaza görə ödəniş hesabları gəlir, maaş və təqaüdlərə artımlar ödənilmir, nə hədiyyələr var, nə pulsuz təmirlər, nə də tibbi xidmətlərə görə güzəştlər.

Niyə hər şey bu cür dəyişdi? Yerli sakinlər bir neçə səbəb göstərirlər, ancaq onlar hakimiyyətə gələn İvanişvilinin artıq lazımsız olan seçkiqabağı təbliğatını sadəcə qapatması fikri ilə qətiyyən razılaşmırlar.

Məsələn, milyardçının qonşusu, Quram adında yaşlı şəxs hesab edir ki, bütün günahlar keçmiş prezident (və oliqarzın əsas rəqibi) Mixail Saakaşvilidədir – sən demə, Bidzinanı çorvilalılara yardımları dayandırmağa məcbur edən də Saakaşvilidir.

“Saakaşvili ondan xahiş edib, çünki [digər bölgələrdə] çox adam narazı idi. O [İvanişvili] heç kəsin xətrinə dəyməsin deyə burada xərcləri dayandırıb”.

Kəndlilərin qayışları sıxmağına daha bir səbəb kimi korrupsiyanı göstərirlər. Bizimlə həmsöhbət olan qadınlardan biri danışır ki, kənd əhalisinə toy və yas zamını bir neçə ildir pulsuz xidmət göstərmiş Mərasim evində tezliklə ilk “pullu” toy olacaq:

“Pulun hansısa hissəsi əskik çıxıb, ona görə də direktoru qovublar”, – qadın izah edir. Əvvəllər bütün yeni evlənənlərə pulsuz mərasimlə yanaşı hədiyyə kimi 3000 dollar təqdim edirdilər.

Quramın iddiasına görə, İvanişvili həmkəndlilərinin qayğısına qalmağı davam etdirir, sadəcə bu qayğı hamıya yox, ayrı-ayrı şəxslərə göstərilir: onun sözlərinə görə, kənddə milyardçının “komendantlar”ı var, həmin şəxslər “bütün baş verənləri izləyir” və kimin nəyə ehtiyacı olması barədə sahibə məruzə edirlər.

İvanişvilinin kəndi

Digər respondent, Temur Kapanadze hesab edir ki, milyardçının tükənən səxavətinin günahkarları Çorvila sakinlərinin özləridir:

“Lazım oldu, olmadı, hamının evində sutka boyu işıq yanırdı. Özüm dəfələrlə şahidi olmuşam: pəncərələr açıqdır, ancaq içəridə qızdırıcılar işləyir! Bu cür nə qədər davam edə bilərdi?! Pul qazanmağı bacaran adam onu qiymətləndirməyi də bacarır”, – Temur Kapanadze əsəbi şəkildə söyləyir.

O, bizi evinə dəvət edən və hətta çəkilişlərə icazə verən yeganə kənd sakinidir. Kənddə jurnalistləri sevmirlər, bizim qapı döyməyimizə digər sakinlər pərdələri endirilmiş pəncərələrin arxasından çəkinə-çəkinə baxır və içəri dəvət etməyə tələsmirlər (yeri gəlmişkən, istənilən digər gürcü kəndində yad adamı evə buraxmamaq – nonsensdir).

Kapanadze fotoalbomdan ehmalla ailə yadigarını – məktəb ekskursiyasında çəkilmiş fotonu götürür. Ağ-qara fotoda bir qrup dördüncü sinif şagirdi, o cümlədən Temurun özü və gələcək milyardçı Bidzina da var.

46434101015_9f338b839a_k.jpg
Bdzina İvanişvilinin məktəb şəkli (aşağıdakı cərgədə ortada) 1970-ci il


Hər kəsə


öz illüziyası

Hazırda Bidzina İvanişvili təkcə Gürcüstanın ən zəngin adamı yox, həm də ən böyük siyasi nüfuz sahibidir.

İvanişvili siyasi səhnəyə ilk dəfə 2011-ci ildə, “Gürcü arzusu” müxalifət koalisiyasını yaradaraq daxil oldu. O, 2012-ci ildə parlament seçkilərini uddu və nazirlər kabinetinin başına keçdi. 2013-cü ildə İvanişvili istefaya yollandı və öz partiyasının sədri olmaqdan da imtina etdi. Ötən ilin aprelində yenidən döndü və yenə hakim partiyanın sədri oldu.

Rəqibləri İvanişvilini 2013-cü ildəki formal gedişindən sonra da ölkənin faktik rəhbəri kimi qalmaqda ittiham edirlər. Müxalifətin iddiasına görə, İvanişvili bütün vacib siyasi məsələləri təkbaşına həll edir, kimin baş nazir, kimin prezidentliyə namizəd olması da ondan asılıdır. Bir çox gürcü eksperti hesab edir ki, İvanişvili praktik olaraq qeyri-məhdud hakimiyyətə malikdir, halbuki faktik heç nəyə görə özünü məsuliyyətli saymır.

33473125448_2970bab4e1_k.jpg
Çorvila, Gürcüstan, fevral 2019-cu il

Politoloq Qiya Nodiya seçkiqabağı təbliğat kimi Çorviladan istifadə olunmasını effektiv gediş sayır. “Düzdür, Gürcüstanın inkişaf modeli kimi Çorvila tamamilə uyğun gəlmir, ancaq İvanişvili fərqli sosial qruplar üçün fərqli illüziyalar yaratmağı bacardı,” – Nodiya deyir.

2012-ci ilin seçkiqabağı kampaniyası zamanı “Gürcü arzusu”nun təbliğatçıları seçicilərə birbaşa vəd verirdilər: “İvanişvili bütün Gürcüstanı Çorvilaya çevirəcək!”

Daha əvvəl isə ölkədə irimiqyaslı media-kampaniya təşkil olunur və seçicilərə səxavətli xeyriyyəçi İvanişvili, onun doğma kəndi və olduqca simpatiya doğuran yaxın əhatəsi barədə ətraflı danışılır.


Oliqarxın portretinə


ştrixlər

Madam ki, “sosialist” kəndi həqiqətən mövcuddu (istənilən şəxs gəlib onun reallığına əmin ola bilərdi), tez inanan gürcü seçicisi İvanişvilinin komandasının digər vədlərinə də inanmağa başladı. Vədlər isə bol idi: işsizliyin kökü kəsiləcək, çünki İvanişvili beş il ərzində Gürcüstanda 100 zavod tikəcək; kəndlərdə aclıq yox olacaq, çünki artıq ilk mərhələdə hər bir kəndə 5 milyon lari (həmin dövrün kursu ilə 3 milyon dollara yaxın) ayrılacaq; istər kənd, istər şəhər sakinlərinin dolanışığı yüngülləşəcək, çünki kommunal tariflər (bu isə gürcü ailələrində xərclərin mühüm hissəsidir) iki dəfə azaldılacaq, üstəlik benzinin də qiyməti enəcək.

“Təkcə elektorat yox, həm də İvanişviliyə qoşulan siyasətçilər özlərinin illüziya payını aldı, – Qiya Nodiya deyir, – həm Qərbə meyllənənlər, həm də Rusiya ilə qırılan münasibətlərə görə heyfsilənənlər. Azlıqları hüquq bərabərliyinə dair mühakimələr cəlb etdi, homofoblar isə onu ənənələrə ehtiramla bağlı söhbətlərə görə müdafiə etdi”.

RTSRDE9.jpg
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili. Oktyabr, 2016-cı il

Gürcüstanın ən yaşlı Respublika Partiyasının lideri David Zurabişvili İvanişvilinin koalisiyasına daxil olmaq təklifi alan ilk şəxslərdən idi. Hazırda Zurabişvili deyir ki, İvanişvili onu “aldatmağı” bacardı.

“Onu daha yaxşı tanıyanda anladım ki, o, düzgün sözlərə tamamilə başqa məna yerləşdirir. Məsələn, «cəmiyyət hakimiyyətə nəzarət etməlidir» söyləyəndə, cəmiyyət adı altında şəxsən özünü nəzərdə tutur”, – Zurabişvili deyir.

Çorvilada hər şeyə qadir yerliləri haqqında ehtiyatla, pıçıltı ilə danışırlar – hər halda, jurnalistlərin yanında bu cürdür. İvanişvilinin villasının qarşısında təyyarə meydançası yeləşir. Oliqarxın evinə yollandığını yerlilər vertolyotun mühərrikinin uğultusundan bilirlər.

“Bu cür adamlar barəsində xoşagəlməz söhbətlər ediləndə gözlərim yaşayır”, – Çorviladakı uşaq bağçasının müdirəsi Lali Makasaraşvili deyir. İvanişvilinin tənqid olunmasına Lali dözə bilmir. Yeri gəlmişkən, Çorvilada onu heç kim tənqid etmir.

Ana səhifəXəbərlərOliqarxın doğma kəndi – gürcü arzusu haqda əfsanə