Qar uçqununda ölən əsgər dəfn edilib

Mərasim Gəncə şəhərindəki Şəhidlər Xiyabanında keçirilib

Source: Meydan TV


Mərasim Gəncə şəhərindəki Şəhidlər Xiyabanında keçirilib

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında

dəfn edilib

.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı qalıb.

Ötən ay Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq H.Abdullayevin, bir müddət sonra isə F.Məmmədovun nəşi tapılıb.

Ana səhifəXəbərlərQar uçqununda ölən əsgər dəfn edilib