Qazancı dəmirdən çıxan adam

At nalı düzəltmək üçün dəmiri yaxşı qızdırıb, daha sonra nal formasına salır

At nalı düzəltmək üçün dəmiri yaxşı qızdırıb, daha sonra nal formasına salır

Cavanşir Qurbanov dəmirçidir. O, Zaqatalanın Lahıc kəndində yaşayır. 55 yaşlı Cavanşir usta dəmirçiliyə 27 il əvvəl yerli kolxozda, usta köməkçisi kimi başlayıb. Ustanın kiçik emalatxanasında həm dəmir parçaları, həm də hazır əşyalar və təsərrüfat alətləri var.

“Bu orağı mən düzəltməmişəm, nümunə kimi qoymuşam. Mən daha yaxşı düzəldirəm” - əşyaları göstərərkən deyir.

Cavanşir usta əvvəlcə dəmir parçalarını sobanın üstündə daş kömürlə qızdırır, sonra kənarda, zindanın üstündə qızmış dəmirə lazım olan formanı verir.

Deyir ki, təsərrüfat alətlərinə tələbat azalıb. Amma bacarıqlı olduğu üçün qonşu kəndlərdən də sifariş verməyə, əşya almağa gələnlər çoxdur. Cavanşir usta deyir ki, kəndlilər ən çox balta, dəhrə, nal kimi alətlər üçün yanına gəlir:

“İş olsa, günümün 5-6 saatını burada keçirirəm. Bir cüt nalı yarım saata düzəldirəm. Qiymətlər 10-20 manat arası dəyişir. Ancaq bəzən axşama qədər qalmalı oluram. İşdən asılıdır”.

Zaqatalanın mərkəzindən Lahıc kəndinə 26 km

Zaqatalanın mərkəzindən Lahıc kəndinə 26 km

Cavanşir usta günün bir neçə saatını özü üçün hazırladığı iş otağında keçirir

Cavanşir usta günün bir neçə saatını özü üçün hazırladığı iş otağında keçirir

At nalı düzəltmək üçün dəmiri yaxşı qızdırıb, daha sonra nal formasına salır

At nalı düzəltmək üçün dəmiri yaxşı qızdırıb, daha sonra nal formasına salır

Usta sovetdən qalan alətlərlə də işlərini davam etdirir

Usta sovetdən qalan alətlərlə də işlərini davam etdirir

İlin bütün fəsillərində müxtəlif növlü işlər olur

İlin bütün fəsillərində müxtəlif növlü işlər olur

Cavanşir usta deyir ki, qonşu kəndlərdən gəlib ona at nalı sifariş verirlər

Cavanşir usta deyir ki, qonşu kəndlərdən gəlib ona at nalı sifariş verirlər

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wl6yxf

Ən çox baxılan