Nursultan Nazarbəyov

Mənbə: meydan tv

Başlıq: Nursultan Nazarbəyov

Qazaxıstan Prezidenti Nazarbayev istefa verib

Məlumatlara görə, o, hökuməti bacısı oğlu Səməd Abişə həvalə edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsi səlahiyyətlərindən istefa edib, - “Meduza” xəbər verir.

Bu haqda o, martın 19-da qazax xalqına xüsusi televiziya müraciətində bildirib.

"Mən səlahiyyətlərimi prezident olaraq dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifə tutmağımın 30 ili tamam olacaq. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını verdi,"- “İnterfaks” Nazarbayevdən sitat gətirib.

Nazarbayevin səlahiyyətlərini müvəqqəti olaraq senatın spikeri Qasım Jomart Tokayev icra edəcək. Məlumatlara görə, o, hökuməti bacısı oğlu Səməd Abişə həvalə edəcək.

Nazarbayev özü istefadan sonra Qazaxıstanın Təhlükəsizlik Şurasına başçılıq edəcək.

79 yaşlı Nazarbayev 1990-cı ilin aprel ayından etibarən Qazaxıstana fasiləsiz olaraq rəhbərlik edib. 2015-ci ilin aprel ayında, o, erkən seçkilərdə 97,75 səs çoxluğuyla beşinci dəfə prezident seçilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f1490j

Ən çox baxılan