Rauf Mirqədirov: Rəsmi Bakı balanslaşdırılmış siyasətə qayıtmaq istəyir

R.Mirqədirov deyib ki, Azərbaycanın heç bir təhlükəsizlik sisteminə daxil olmadığından özünü müdafiə etmək imkanlarının çox məhdud olduğunu nəzərə almaq lazımdır.

Source:


''Bakı Moskvanın siyasətinə qarşı açıq getmək iqtidarında deyil''

Azərbaycan rəsmiləri iki biri birinə əks olan tərəflə eyni anda əməkdaşlıq haqqında danışıqlar aparırlar.

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında iştirak etdiyi zaman, Bakıda prezident İlham Əliyev Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


E.Məmmədyarov

Brüsseldə iclasda çıxış edərkən, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizinin razılaşdırıldığını deyib.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Münasibətlərimizdə elə bir sıxlıq vardır ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır”.

Eyni zamanda Bakıda Prezident

İlham Əliyev Denis Manturov

la görüşdə müxtəlif istiqamətlərdə, o cümlədən sənaye sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasının önəmini vurğulayıb və bu sahədə artıq yaxşı nəticələrin əldə olunduğunu deyib. Dövlət başçısı Rusiya şirkətlərinin Azərbaycanda fəal işlədiklərini və bu şirkətlərin həm investor, həm də podratçı qismində müxtəlif layihələri icra etdiklərini qeyd edib.

Prezident İlham Əliyevin kürəkəni, Azərbaycan-Rusiya Biznes Şurasının sədri

Səməd Qurbanov

Bakıda keçirilən “Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası” tədbirində çıxışında isə, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulması vacib istiqamət olduğunu deyib.

“Ən perspektivli vəzifələrdən biri isə üçüncü ölkələrin bazarlarına çıxış üçün birgə layihələrin həyata keçirilməsi və birgə müəssisələrin yaradılmasıdır”, – şura sədri bildirib.

samad_qqurbanov_-_1.jpg
Səməd Qurbanov

Hazırda Avropa Rusiyanın Krımı ilhaq etməsi səbəbi ilə Avropa İttifaqı ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarına qoşulub. Ötən il Solsberi də Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Viktor Skripalın və qızının zəhərlənməsi ilə bağlı Avropa İttifaqı ölkələri bir sıra rusiyalı diplomatları “persona non-qrat” elan edərək, ölkələrindən çıxarıblar.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, indiki vəziyyətdə rəsmi Bakının balanslaşdırılmış siyasətə qayıtmaq istəyir:

“Azərbaycan hökuməti bir müddət balanslaşdırılmış siyasətdən faktiki olaraq imtina etmişdi, daha çox Rusiyanın xarici siyasət prioritetlərinə uyğun mövqedən çıxış edirdi. Artıq bu tip bəyanatları az eşidirik və Qərbin ikili standartları barədə bəyanatlar səslənmir. Burada söhbət Rusiyanın xarici siyasətindəki nüanslar təsir edir, məsələn, Suriya müharibəsi, hakimiyyətə yaxın media orqanları Ermənistanın bu ölkəyə sülhməramlı kontingent göndərməsini şişirdib Qərbə mesaj verməyə çalışdılar. Amma Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Çünki regionda hələlik qarşıdurma qalır və bu bölgədə şimal dövlətin hərbi-siyasi təsiri güclü olduğundan Bakı Moskvanın siyasətinə qarşı açıq getmək iqtidarında deyil”.

R.Mirqədirov deyib ki, Azərbaycanın heç bir təhlükəsizlik sisteminə daxil olmadığından özünü müdafiə etmək imkanlarının çox məhdud olduğunu nəzərə almaq lazımdır.

“Yəni qeyri-müəyyənlik, balanslaşdırılmış və ikili siyasət regionun hansı gücün maraqlarına daxil olduqdan sonra aradan qalxacaq”.

R.Mirqədirovun fikrincə, Azərbaycan regionun Rusiyanın maraqları daxilinə keçməsini istəmir, səbəb odur ki, belə olarsa, şimal dövlətin xarici siyasətini dəstəkləməlidir.

“Nəticədə Azərbaycan həmin siyasətin qurbanına çevriləcək. Hazırda Rusiya total sanksiyalar altındadır və proses gündən-günə genişlənir. Artıq ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı növbəti sanksiyalar paketi müzakirə edilir. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Vaşinqtonda Kerç boğazındakı son hadisələrlə bağlı Rusiyaya qarşı hərbi-siyasi sanksiyaları qəbul edəcəkləri bəyanatını səsləndirdilər. Belə olduqda Azərbaycan da regionun sanksiyalar altına keçməsində maraqlı olmaz. Çünki bu sanksiyalar üçüncü dövlətlərə də şamil edilir. Azərbaycan da hərbi-texniki, iqtisadi sahədə şimal dövlətlə əməkdaşlıq edirsə, vəziyyəti diqqətdə saxlamağa məcburdur. Artıq Rusiya şirkətləri özləri bu sanksiyaları nəzərə alırlar. Məsələn, Rusiyanın bir çox bankları Krımda işləmirlər”.

Siyasi icmalçı rəsmi Bakının Brüssellə “Strateji tərəfdaşlıq haqqında” saziş imzalamaq istədiyinin xatırladaraq deyib ki, indi strateji tərəfdaşlıq terminindən istifadə olunmur.

“Avropa Birliyinin və Azərbaycanın dünya iqtisadiyyatında yerlərini, güclərini təsəvvür edin. Müqayisə olunmazdır. Avropa Birliyi Azərbaycanın strateji tərəfdaşı ola bilər, amma Azərbaycan heç vaxt Avropa Birliyinin strateji tərəfdaşı ola bilməz. Avropa Birliyinin Kanada və Yaponiya ilə bu cür müqavilələri var”.

Ana səhifəXəbərlərRauf Mirqədirov: Rəsmi Bakı balanslaşdırılmış siyasətə qayıtmaq istəyir