Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yaşayanlara vətəndaşlıq təklif edir

Ukrayna tərəfi bunu “təcavüzkarlıq və müdaxilə” adlandırıb

Source:


Ukrayna tərəfi bunu “təcavüzkarlıq və müdaxilə” adlandırıb

Rusiya prezidenti Vladimir Putin Rusiyanın vətəndaşlığını almaq üçün separatçılar tərəfindən ələ keçirilən Şərqi Ukraynanın bəzi bölgələrində yaşayan insanlar üçün proseduru sadələşdirən fərman imzalayıb.

Fərman 24 aprel tarixində Kremlin saytında dərc edilib. Ukrayna anında fərmana etiraz edib. Qərb fərmanı tənqid edib.

Ukraynanın xarici işlər naziri fərmanı "təcavüzkarlıq və müdaxilə" adlandırıb və adının açıqlanmasını istəməyən bir Qərb diplomatı Azadlıq Radiosuna bildirib ki, fərman "yüksək təxribatlı bir addım" olaraq Donbas kimi müharibə şəraitində olan bölgədə vəziyyətə xələl gətirə bilər.

Fərman və onun verildiyi tarix Ukraynanın yeni prezidenti seçildikdən üç gün sonraya təsadüf edir. Bunun Kiyevə təzyiq göstərmək üçün vasitə olduğu bildirilir. Qeyd edilir ki, fərman son beş ildə Rusiyanın Krımı işğal etməsi və Şərqi Ukraynada Donetsk və Luqansk kimi bölgələrdə mövcud qüvvələrə dəstək verməsi nəticəsində ciddi şəkildə zədələnmiş Rusiya-Ukrayna əlaqələrinin potensial dəyişilməsinə qapı ola bilər.

Fərmanda deyilir ki, onun məqsədi insan və vətəndaş hüquqlarının qorunmasıdır və bu addım "beynəlxalq hüququn universal prinsipləri və normalarına əsaslanır".

Putinin köməkçisi Vladislav Surkov fərmanı "son dərəcə əhəmiyyətli" adlandırıb və deyib ki, Rusiya "çox ağır bir vəziyyətdə olan rusdilli və rus düşüncəli insanlara" yardım etmək vəzifəsini yerinə yetirir.

Fərman Moskvanın müharibə bölgələrində yaşayan çox sayda insana Rusiya pasportları verə biləcəyi ehtimalıyla bağlı narahatlıqlar yaradır. Bununla Putin və Rusiya hökuməti istədiyi təqdirdə hərbi hərəkat və ya digər addımlar üçün rəsmi olaraq Rusiyanın vətəndaşları sayılan insanları istifadə edə biləcəkdir.

Fərman dərc edildikdən az sonra Ukraynanın xarici işlər naziri Pavlo Limkin tvitter hesabında qeyd edib ki, "Rusiyanın işğal edilmiş Ukrayna torpaqlarında pasport vermək qərarı Ukraynanı işğal və ölkənin daxili işlərinə müdaxilə siyasətinin davamıdır".

"Bu, Donbasın işğalının yeni pasport səhifəsidir,”- o deyib.

Fərmana əsasən, Ukraynanın Luqansk və Donetsk ərazilərində yaşayan rusdilli əhali Rusiya Federasiyasının vətəndaşlığına müraciət etmək hüququna sahibdir.

Ana səhifəDünyaRusiya Ukraynanın işğal olunmuş ərazilərində yaşayanlara vətəndaşlıq təklif edir