Şahzadə Rima Səudiyyə Ərəbistanın ilk qadın səfiri oldu

O, Səudiyyə Ərəbistanında qadın hüquqlarını müdafiə edənlərdən biri sayılır

Source: Reuters

Vaşinqtona təyin olunmuş Şahzadə Rima bint Bender Al Suud Səudiyyə Ərəbistanda səfir vəzifəsinə təyin olunmuş ilk qadın oldu. Şahzadə Rima atası Bender bin Sultan Əbdüləzizdən 14 il sonra eyni vəzifəyə təyin edilib.

O, Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Məhəmməd bin Salman tərəfindən imzalanan fərman ilə təyin olunub.

Şahzadə atası Bender bin Sultan Əbdüləzizin səfir vəzifəsi səbəbiylə uşaqlıq illərinin bir hissəsini Vaşinqtonda keçirib.

Bender bin Sultan bin Əbdüləziz 1983-2005-ci illər arasında Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri olub.

Rima 1975-ci ildə Riyadda anadan olub və ABŞ-da Corc Vaşinqton Universitetinin Muzey Tədqiqatları İdarəsindən məzundur.

2005-ci ildə Səudiyyə Ərəbistanına qayıdan Şahzadə Rima, özəl və dövlət sektorlarında müxtəlif vəzifələrdə çalışıb.

Şahzadə Rima Səudiyyə Ərəbistanında qadın hüquqlarını müdafiə edənlərdən biri sayılır. Son zamanlarda İdman Nazirliyində qadınların idmana qatılmasını artırmaq üçün işlər görmüşdü.

2014-cü ildə Şahzadə Rima ABŞ-da yerləşən iqtisadiyyat jurnalı “Forbes” tərəfindən 200 ən güclü qadın siyahısında yer alıb.

Təyinatı Səudi jurnalisti Camal Qaşıqçının İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülməsindən sonra kritik bir dövrə təsadüf etdiyi üçün Şahzadə Rima önəmli bir dönəmdə vəzifəyə başlayacaq.

ABŞ-ın bəzi konqresmenləri Ağ Evdən Qaşıqçı cinayətinin daha dərindən araşdırılmasını istəyirlər.

Şahzadə Rima vəzifəni vəliəhd Şahzadə Salmanın qardaşı Xəlid bin Salmandan dövr alacaq.

Xəlid bin Salman isə müdafiə nazirinin müavini təyin edilib.

Ana səhifəXəbərlərŞahzadə Rima Səudiyyə Ərəbistanın ilk qadın səfiri oldu