Səid Dadaşbəylinin dəstəsinin həbsdə olan üzvləri məhkəməyə müraciət ediblər

Vəkil: “Cəzalarının çoxunu çəkdikləri üçün azadlığa buraxıla bilərlər”

Source:


Vəkil: "Cəzalarının çoxunu çəkdikləri üçün azadlığa buraxıla bilərlər"

2007-ci ildə 13,6 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli, Ceyhun Əliyev və Cahangir Kərimov cəzalarının 12,3 ilini çəkdikləri üçün vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı məhkəməyə müraciət ediblər.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil Cinayət Məcəlləsinin 76, Cinayət Prosesual Məcəllənin 513-cü maddələrini əsas gətirərək bildirib ki, həmin şəxslərin həbs müddətlərinin bitməsinə 1,3 il qalıb. "Bu baxımdan onlar cəza çəkdikləri müəssisənin yerləşdiyi ərazinin məhkəməsinə müraciət ediblər.

Cahangir Kərimov Xətai Rayon Məhkəməsinə, Səid Dadaşbəyli və Ceyhun Əliyev Nizami Rayon Məhkəməsinə müraciət edib. Hesab edirəm ki, bu şəxslər vaxtından əvvəl azadlığa buraxılmalıdır, qanun bunu tələb edir”.

Səid Dadaşbəyli, Cahangir Kərimov, Ceyhun Əliyev AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum

ediliblər.

Ana səhifəXəbərlərSəid Dadaşbəylinin dəstəsinin həbsdə olan üzvləri məhkəməyə müraciət ediblər