Kim Jong

Mənbə: google.az

Başlıq: Kim Jong

Şimali Koreya ABŞ-la danışıqları dayandıra və nüvə testlərinə başlaya bilər

''Bizim ABŞ-ın tələblərinə heç bir şəkildə cavab vermək niyyətimiz yoxdur və bu cür müzakirələrə də həvəsli deyilik''

Şimali Koreya lideri Kim Jong ABŞ ilə nüvəsizləşdirmə danışıqlarını poza, raket və nüvə sınaqlarını davam etdirə bilər, - ölkə rəsmisi belə deyib.

BBC xəbər verir ki, xarici işlər nazirinin müavini Choe Sun-hui xarici diplomatlarla görüşündə ABŞ-ın prezidenti Donald Tramp ilə Kim arasındakı son zirvə toplantısı zamanı "qızıl fürsəti" əldən verdiyini söyləyib.

Şimali Koreya əsas Yongbyon nüvə kompleksini dayandırmağı təklif etmişdi.

Lakin Tramp bildirdi ki, Şimali Koreya bütün nüvə obyektlərini məhv etməzsə, sanksiyaları qaldırmaqdan imtina edəcək. Bununla da danışıqlar uğursuzluqla nəticələndi.

Choe Pyongyangda deyib ki, Kim ABŞ-la gələcək danışıqlarla bağlı mövqeyini tezliklə rəsmi şəkildə bəyan edəcək.

"Bizim ABŞ-ın tələblərinə heç bir şəkildə cavab vermək niyyətimiz yoxdur və bu cür müzakirələrə də həvəsli deyilik", - o, Şimali Koreyada jurnalistlərə deyib.

Rusiyanın “Tass” xəbər agentliyinin məlumatına görə, o, ABŞ-ı "quldur kimi" mövqe tutmaqda ittiham edib.

Choe bildirib ki, son Hanoy zirvə görüşündə Şimali Koreyanın tələbi bütün sanksiyaların deyil, beş əsas iqtisadi sanksiyanın qaldırılması olub. Hanoy zirvə görüşündən sonra ABŞ prezidenti Tramp Şimali Koreyanın yalnız bütün sanksiyaların qaldırılacağı təqdirdə nüvəsizləşdirmə planını reallaşdıracağını və buna görə də danışıqların uğursuzluğa uğradığını söyləmişdi.

"Aydındır ki, ABŞ bu dəfə qızıl bir fürsəti əldən verdi," - Choe deyib. "Mən deyə bilmərəm ABŞ niyə bu fərqli təəssüratla görüşdən çıxıb. Biz bütün sanksiyların aradan qaldırılmasını tələb etməmişik".

Tramp və ABŞ dövlət katibi Mayk (Mike) Pompeo fevralda danışıqlardan sonra bildirmişdilər ki, Şimali Koreya rəsmiləri bütün sanksiyların aradan qaldırılmasını tələb edirlər. Bu həftə Vaşinqtonda Şimali Koreya üçün Amerikanın xüsusi nümayəndəsi Stefen Biqan (Stephen Biegun) bildirib ki, diplomatiya “hələ də çox canlıdır”, amma o zirvə görüşündən sonra hər hansı bir danışığın olmasına dair heç bir fikir söyləməyib.

İki lider ilk dəfə keçən il Sinqapurda görüşmüşdülər. Onların ikinci görüşü bu ilin fevralında Hanoyda baş tutmuşdu. Hanoy zirvə görüşündən sonra mətbuat konfransında çıxış edən Tramp zirvə görüşünün heç bir planla nəticələnmədiyini, lakin gələcək üçün optimist olduğunu bildirmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/auq591

Ən çox baxılan