Sorğu: Dövlət himni qısaldıla bilər?

Parlamentin 2 noyabrda keçirilən iclasında deputat Tahir Kərimli dövlət himninin qısaldılmasını təklif edib. “Bütün himnlər 2 dəqiqə, 2 dəqiqə yarım bizimki 4 dəqiqə… Minor janrında. Bu mərsiyə deyil axı. Biz himnimizi sevirik. Dəfələrlə deyilib, bunun həcmin azaltmaq lazımdır”.

2008-ci ildə mərhum deputat Astan Şahverdiyev və Qüdrət Həsənquliyev də bu təkliflə çıxış etmişdi. Astan Şahverdiyev deyirdi: “Bilirsiniz ki, bizim dövlət himni dünyada ən uzun himnlərdən biridir. Bəzi hallarda görürsən, onu ixtisara da məruz qoyurlar. Bəlkə dövlət himni haqqında da təklif irəli sürək. Onun həm mətni, həm də musiqi hissəsi bir qədər qısaldılsın”.

Ana səhifəVideoSorğu: Dövlət himni qısaldıla bilər?