Tatarıstanda Putinə başdaşı qoyublar

İnstallyasiyanın müəllifini 28 sutkalıq həbs ediblər

Source: Foto: Twitter\Denis Styajkin

İnstallyasiyanın müəllifini 28 sutkalıq həbs ediblər

Naberejnıye Çelnıda yerli fəal Kərim Yamadayevi İstintaq Komitəsinin qarşısında Vladimir Putinin başdaşı şəklində installyasiya hazırladığına görə 28 sutkalıq həbs ediblər.

Məlumatı “Настоящее время” yayıb. https://www.currenttime.tv/a/grave-of-putin/29816757.html

Fəal barəsində aksiyaların keçirilməsi qaydalarını təkrar pozması maddəsi ilə protokol tərtib ediblər. Yamadayev yanvar ayında siyasi repressiya qurbanlarına abidə qoyduğuna görə məsuliyyətə cəlb olunub.

“Elə indicə məhkəmə qərarını aldıq. Saxlanıldığı andan 28 sutkalıq həbs. Onu martın 11-də saxlayıblar. Cəzasını Naberejnıye Çelnının istintaq təcridxanasında çəkəcək”, – hüquq müdafiəçisi Ruzil Minqalimov xəbər verib.

Daha sonra məlum olub ki, “Putinin başdaşı” ilə bağlı həmçinin 32 yaşlı Nikolay Peresedov 6 sutkalıq həbs olunub.

Putinin şəkli və “1952-2019” yazısı ilə başdaşı abidəsi İstintaq Komitəsinin binasının qarşısında martın 10-da peyda olub.

“Putin azad interneti basdırıb – Naberejnıye Çelnının sakinləri də Putini,” – məlumatda deyilir.

Ana səhifəDünyaTatarıstanda Putinə başdaşı qoyublar