Taylandda Şahzadə Ubolratananın Baş nazir postuna namizədliyini verən partiya ləğv edilib

Konstitusiya Məhkəməsi hesab edib ki, şahzadənin namizədliyi monarxiyanın neytrallığını təhdid altına qoyur

Source: Meydan TV


Konstitusiya Məhkəməsi hesab edib ki, şahzadənin namizədliyi monarxiyanın neytrallığını təhdid altına qoyur

Taylandın üst məhkəməsi kralın bacısını Baş nazir postuna namizədi olaraq irəli sürən müxalifət partiyasını ləğv edib,- BBC xəbər verir.

Thai Raksa Charter Partiyası 2006-cı ildə hərbi çevrilişlə hakimiyyətdən gedən köhnə Baş nazir Taksin Şinavattay (Thaksin Shinawatra) tərəfindən dəstəklənir.

Analitiklər deyirlər ki, partiyanın ləğv edilməsi Thaksinin tərəfdarlarının bu ayın sonunda milli seçkilərdə qalib gəlməsini çətinləşdirəcək.

Tayland beş il əvvəl ölkəni çevrilişlə ələ keçirən ordu tərəfindən idarə olunur.

Cümə axşamı Konstitusiya Məhkəməsi bildirib ki, Şahzadə Ubolratananın namizədliyi monarxiyanın neytrallığını təhdid altına qoyur.

Partiyanın idarə heyəti üzvlərinə 10 ildir siyasət qadağan edilib və artıq seçkidə iştirak edə bilməzlər.

Mart ayında keçiriləcək səsvermə mövcud Baş nazir Prayut Chan-ochanın hakimiyyətə gəlməsindən sonra ilk olacaq. O, 2014-cü ildə demokratik hökumət hərbi çevrilişlə devrildikdən sonra hakimiyyətə gəlib.

Ana səhifəDünyaTaylandda Şahzadə Ubolratananın Baş nazir postuna namizədliyini verən partiya ləğv edilib