Tramp Şimali Koreyanın prezidenti ilə görüşmək üçün Vyetnama gedib

“Tam nüvəsizləşdirməylə Şimali Koreya bir iqtisadi sükana çevriləcək”

Source: Evan Vucci/AP

ABŞ prezidenti Donald Tramp fevralın 25-də Vaşinqtondan Vyetnama Şimali Koreya lideri Kim Jong Un ilə ikinci zirvə keçirmək üçün yola düşüb.

İki lider Şimali Koreyanın nüvə silahı və mərmi proqramlarını müzakirə etmək üçün 27-28 fevral tarixlərində Hanoyda bir araya gələcək. İki liderin 1953-cü ildə bir atəşkəs razılaşması ilə dondurulmuş olan Koreya müharibəsinə rəsmi son verilməsi barədə də razılığa gələcəkləri haqda fərziyyələr var.

Vaşinqtondan ayrılmadan əvvəl Tramp “Twitter”-də yazıb: "Tam nüvəsizləşdirməylə Şimali Koreya bir iqtisadi sükana çevriləcək. Onsuz da bu belədir. Sədr Kim müdrik qərar verəcək!"

Fevralın 25-də Ağ Evdə qubernatorların toplantısında danışan Tramp, "çox böyük bir zirvə" olacağını qeyd edib. Dövlət katibi Mayk Pompeyo (Mike Pompeo) 24 fevralda Fox televiziyasına etdiyi şərhdə, sammitdə "irəli bir addım" olmasını ümid edib.

"Bu, ola bilməz, amma ümid edirəm ki, bu olacaq", – Pompeyo bildirib.

Kim zirehli bir qatarda Vyetnama səfər edir və fevralın 26-da Hanoy şəhərinə çatması gözlənilir.

Vyetnam hökuməti tədbir üçün sıx təhlükəsizlik vəd edib və zirvə toplantısının yeri haqqında heç bir məlumat açıqlamayıb.

CNN xəbər verir ki, prezidentlər arasındakı görüş cümə günü “Sofitel Legend Metropole” otelində baş tutacaq. CNN müxbirləri Metropole otelde çərçənbə axşamı günorta saatlarında təhlükəsizlik fəaliyyətləri müşahidə ediblər. Ərazidə Vyetnam hərbi rəsmiləri təhlükəsizliklə bağlı təmizlik tədbirləri görüblər.

Ana səhifəXəbərlərTramp Şimali Koreyanın prezidenti ilə görüşmək üçün Vyetnama gedib