Bakıda aksiya: "Öldürsələr də, haqqımızı tələb edəcəyik"

Mənbə: Meydan.TV

Başlıq: Bakıda aksiya: "Öldürsələr də, haqqımızı tələb edəcəyik"

"Xahiş edirik, prezidentin bu insanlara yazığı gəlsin"

Bakıda aksiya: "Öldürsələr də, haqqımızı tələb edəcəyik"

2016-cı ildə lisenziyası ləğv olunan “Bank Standart”ın əmanətçiləri qaytarılmayan pullarını tələb edirlər. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir.

“Bizim prezidentdən xahişimiz odur ki, bu insanlara yazığı gəlsin. Onlar ömürboyu işləyib yığıblar bu pulu. Bu günləri üçün yığıblar”-əmanətçi Abdulla Abdullayev deyir.

“Mənim qızım əməliyyat olunmalıdır, imkanım yoxdur. Burada məndən pis vəziyyətdə olan insanlar var. Biz pulumuzu tələb edirik”-şikayətçi Ruxsarə Bağırova danışır.

Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov deyib ki, “Bank Standart”ın 743 mln. manatlıq kredit portfelinin 58%-i girovsuz verilən kreditlərdir. Yerdə qalan məbləğ isə qismən girov təmin edilməklə verilib.

“Deyirlər, 100 milyon Şahmarov qardaşları, 25 milyon manat Mərkəzi Bankın rədri Rüstəmov götürüb. Sonra Riyad Ticarət Mərkəzinin adı çəkilir. Tələb edirik ki, o pullar alınıb bizə verilsin”-şikayətçi Haqverdi Aslanov deyir.

Vətəndaşlar banka kreditləri qaytarmayanların cəzalanmasını və əmanət etdikləri pulun onlardan alınıb geri verilməsini tələb edilər. Prezident Adminstrasiyasından onlara problemlərindən xəbərdar olduqları, lakin heç nə edə bilməyəcəkləri deyilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yfkse0

Ən çox baxılan