Yeni Zelandiya

Mənbə: Foto: Martin Hunter / EPA

Başlıq: Yeni Zelandiya

Yeni Zelandiya məscidinə terror hücumu zamanı 49 nəfər öldürülüb

Məqalə yeniləndi:  15 Mart 2019

Yeni Zellandiyada məsciddə terror törədilib: Azı 49 nəfər öldürülüb

Şübhəli şənbə günü məhkəmə önünə çıxarılacaq

Yeni Zelandiyanın Christchurch şəhərində iki məsciddə açılan atəş nəticəsində 49 nəfər həlak olub, ən azı 20 nəfər yaralanıb, - BBC xəbər verir.

Avstraliyanın Baş naziri Skot Morison (Scott Morrison) silahlının Avstraliya vətəndaşı olduğunu deyib və onu "ekstremist, sağçı terrorist” adlandırıb.

Polisdən bildirilib ki, 20 yaşlarında olan silahlı şənbə günü səhər məhkəməyə çıxacaq.

Daha iki ayrı kişi və bir qadın nəzarətə alınıb, - Polis Komissarı Mayk Buş (Mike Bush) bildirib.

O, polisə istinadən bildirib ki, saxlanılanlardan bir nəfərin hadisə ilə əlaqəsi olmayıb və hazırda polis digər iki nəfərin baş verən insidentlə əlaqəsi olub-olmadığını araşdırır.

Silahlı hadisə zamanı “Facebook”-da canlı yayım edib. Görüntülərdən onun Al-Noor məscidinin içərisində yaxın məsafədən kişi, qadın və uşaqlara qeyri-müəyyən şəkildə atəş etdiyi görünür.

Polis ictimaiyyəti "son dərəcə təhlükəli" görüntüləri onlayn paylaşmamağa çağırıb. “Facebook” silahlı şəxsin “Facebook” və “Instagram” hesablarını sildiyini və hazırda görüntülərin nüsxələrini silmək üçün addımlar atdığını söyləyib.

Bildirilir ki, şübhəli 28 yaşı, Avstraliya doğumlu olduğunu və sağ, anti-immiqrant ideologiyasını dəstəkləyən niyyətlərini əks etdirən bildiriş yayımlayıb.

Polis Komissarı Buş ittiham olunan şübhəlinin Yeni Zelandiya və ya Avstraliya təhlükəsizlik xidmətlərinə tanış olmadığını təsdiqləyib.

Yeni Zelandiya Baş naziri Jacinda Ardern hadisəni Yeni Zelandiyanın "ən qaranlıq günləri" adlandırıb:

"Aydındır ki, bu, yalnız indi terror hücumu kimi təsvir edilə bilər".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ypdxv3

Ən çox baxılan