Yolları daşdan keçən saraylı məktəblilər

Mənbə: Meydan.TV

Başlıq: Yolları daşdan keçən saraylı məktəblilər

Yolları daşdan keçən saraylı məktəblilər

Yolları daşdan keçən saraylı məktəblilər

Saray qəsəbəsində məktəbə gedənlərin işi sözün həqiqi mənasında daşdan keçir. Hər gün məktəblilər çınqıllı, palçıqlı yolları adlayıb təhsil ocağına çatırlar.

"16 ildir bir dəfə də olsun dövlət tərəfindən qəsəbənin nə yoluna, nə kanalizasiyasına baxan var. Şikayət də eləsən, gəlib heç nə deyən yoxdur", - qəsəbə sakininin sözləridir.

Sakinlər deyir ki, bu, hələ küçələrin yağış yağmamış vəziyyətidir. Yağış yağanda küçələr keçilməz olduğundan çınqıl, qum tökməklə yolları düzəltməyə çalışırlar.

"İnanırsız ki, biz ildə iki dəfə ayaqqabı dəyişdiririk? Alırsan, iki ay çəkmir ki, ayaqqabı cırılır. Yollar keçilməz olur", - Məhyəddin Əliyev deyir.

"Nəvəmi məktəbdən gətirə bilmirəm. Yer zığ olur, ayağım da sınıqdır, gedib-gəlmək olmur. Yolum da uzaqdır. Ona görə mən də məcburam ki, yaxınlardan ev tutub qalam. Evim yox, eşiyim yox, kirayələrdə qalıram", - Qətibə Quliyeva deyir.

Bələdiyyə “vəsaitimiz yoxdur” deyir, sakinlərsə yollara, kanalizasiyaya ayrılan pulların düzgün xərclənmədiyini. 2019-2023-cü illərdə də davam edəcək regionların sosial-iqtisadı inkişafını hədəfləyən dövlət proqramında Abşeron rayonunun su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi “Azərsu”ya tapşırılıb.

"Azərsu"ya getmişdik, oradan dedilər ki, Saray qəsəbəsinin adı heç yerdə çəkilmir. Bizdə o barədə heç bir məlumat yoxdur", -qəsəbə sakini deyir.

"Azərsu"dan zənglərimizə cavab verən olmadı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yhi7m4

Ən çox baxılan