The post AXCP-nin Daşkəsən şöbəsinin sədri saxlanılıb appeared first on MEYDAN.TV.
]]>Partiya sədri Sahib Məmmədzadənin zorakılıqla saxlanıldığını, bacısının vurulduğunu deyir
Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.
Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.
Partiya sədri bildirib ki, Sahib Məmmədzadə AXCP Daşkəsən şöbəsinin sədridir və o, martın 18-i axşam saatlarında 4 nəfər mülki və maskalı şəxs tərəfindən Daşkəsən postunda zorakılıqla saxlanılıb, naməlum istiqamətə aparıb. Hazırda onun harada olması barədə məlumat yoxdur.
“Sahib bəy oğurlanan zaman bacısı da onunla birlikdə maşında olub. Bacısı Sahib bəyin zorakılıqla oğurlanması səhnəsini telefonu ilə çəkmək istəyərkən mülki geyimlilər onu vurub. Dara düşəndə milli mentalitet arxasında gizlənənlər, utanmadan qadına da əl qaldırıblar”, – Əli Kərimli bildirib.
Əli Kərimli bu işdən Azərbaycan hakimiyyətini məsul tutur. Bildirir ki, Sahib Məmmədzadəni zorakılıqla saxlayıb naməlum istiqamətə aparanlar dövlətin güc və ya repressiya qurumlarıdır:
“Elə bu gün hüquq müdafiəçiləri siyasi məhbusların yenilənmiş siyahısını yayıb. Azərbaycanda siyasi məhbusların sayı 288 nəfərə çatıb. Ölkəmiz dünyanın ən qeyri-demokratik, repressiv ölkələrindən birinə çevrilib. Cənubi Qafqazdakı qonşularımızın Avropa İttifaqı üzvlüyü yolunda olduğu bir zamanda bizim ölkəmizdə qeyri-sivil, orta əsrlərə yaraşan sərt repressiv rejim quranlar bu xalqın inkişafına və özünə qənim kəsilənlərdir. Tarix, indiki və gələcək nəsillər onları unutmayacaq. Onlar xalq qarşısında da, tarix qarşısında da məsuliyyətlərini daşıyacaqlar. Bizim bugünkü cari vəzifəmiz isə Sahib Məmmmədzadəyə, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara hamılıqla azadlıq tələb etməkdir”, – Kərimli bildirib.
Məsələyə Daşkəsən rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.
Hazırda həbsdə AXCP-nin ən azı beş fəalı var. Onlar müxtəlif ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.
Özləri və təmsil olunduqları partiya hər birinin siyasi sifarişlə cəzalandırıldığını bildirsələr də, hakimiyyət rəsmiləri bunu inkar edir, ölkədə siyasi baxışlarına görə həbslərin olmadığını deyirlər.
The post AXCP-nin Daşkəsən şöbəsinin sədri saxlanılıb appeared first on MEYDAN.TV.
]]>The post Paşinyan mətbuat konfransında göstərdiyi xəritənin maketini Tavuşa aparıb appeared first on MEYDAN.TV.
]]>O, sakinlərin suallarını da cavablandırıb
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə gedərək Voskepar, Bağanis, Kirantsın sakinləri ilə görüşlər keçirib.
Ermənistanın mediası yazır ki, Nikol Paşinyan hansı əraziləri Azərbaycana verəcəyini, yeni yolun hara getdiyini sakinlərə daha aydın təqdim etmək üçün sonuncu mətbuat konfransında göstərdiyi Ermənistan xəritəsinin maketini də özü ilə rayona aparıb.
Tavuş vilayətinin sərhəd kəndlərinin sakinlərinin anklavların Azərbaycana veriləcəyi təqdirdə blokadaya düşəcəklərindən narahat olduqlarına görə Nikol Paşinyan onlara belə cavab verib:
“Bizə də bunu dedilər, biz də bu sualları cavablandırdıq. Yanaşmamız ondan ibarətdir ki, insanlar tərəfindən qaldırılan və cavabsız qalan sual olmamalıdır. Cavabsız qalsa, bu, bizim bu məsələnin həll yolunun olmadığı anlamına gələcək. Bəzi məsələlərlə bağlı insanlara dedim ki, mən təkcə sualları cavablandırmaq üçün deyil, həm də bu sualları toplayıb hökumətin gündəminə qoymaq, cavablar üzərində düşünmək və cavab vermək üçün gəlmişəm. Elə suallar var idi ki, mən onların ciddiliyini yerində daha praktik və daha emosional hiss etdim”.
O vurğulayıb ki, hökumətin insanların təhlükəsizliyini praktiki strukturlarda əsaslandırması ən vacib məsələdir.
Ermənistanın Baş naziri martın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycanla delimitasiyası prosesinin Tavuş vilayətindən başlaya biləcəyini istisna etməmişdi:
“Mən istisna etmirəm ki, delimitasiya prosesi Tavuş bölgəsindən başlaya bilər. Bu proseslə bağlı qərarlar qəbul edərkən biz reallıqların və vəziyyətin hərtərəfli təhlilindən, Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə edilməsinin məntiqindən və sabit vəziyyətin təmin edilməsi tələblərindən çıxış etməliyik”.
Ermənistanın müxalif mediasının iddiasına görə, görüşdən əvvəl sakinlərdən telefonlar və digər əşyalar alınıb:
“Görüş kifayət qədər gərgin atmosferdə keçdi. Paşinyan deyib ki, 4 kənd dərhal Azərbaycana təslim edilməlidir. Əks halda müharibə olacaq, Azərbaycan onları zorla alacaq, müqavimət göstərə bilməyəcəyik. Sakinlər sual verdilər ki, dövlətlərarası yol da Azərbaycandan keçəcəkmi? Bütün bunların nəticəsində azərbaycanlılar hara düşəcək və bu, müharibənin olmayacağına zəmanət verirmi? Baş nazir cavab verdi ki, mən heç nəyə zəmanət verə bilmərəm, yalnız müharibənin olmayacağını ümid etmək olar və o, bu yolların təhlükəsiz olmasına çalışacaq. O həmçinin bildirib ki, Türkiyə də Azərbaycanın yanındadır və başqa yol yoxdur – təslim olmalıyıq”.
Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi barədə məlumat yayılıb.
Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:
“Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
The post Paşinyan mətbuat konfransında göstərdiyi xəritənin maketini Tavuşa aparıb appeared first on MEYDAN.TV.
]]>The post Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər appeared first on MEYDAN.TV.
]]>“Məsələni referenduma da çıxaracağıq”
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinin müzakirə olunduğu deyilir.
Bu barədə Cənubi Osetiya “parlamenti”nin sədri Alan Alborov “ria.ru”ya bildirib.
“Biz bütün bu məsələləri Rusiya ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, – Alan Alborov belə söyləyib.
Məsələnin referenduma çıxarılmasına gəlincə, Alborovun sözlərinə görə, Moskva və Sxinvali razılaşdırılmış xarici siyasət yürüdürlər:
“Biz Rusiya ilə birləşmək fikrinə gələndə, məsələni referenduma da çıxaracağıq”.
Hələ 2023-cü ildə Cənubi Osetiyanın “prezidenti” Alan Qaqloyev yerli əhaliyə və “parlament”ə müraciətində tezliklə Rusiyaya birləşəcəklərinə ümid etdiyini demişdi.
Ancaq 2022-ci ilin mayında Kremlin sözçüsü Dmitri Peskov ölkədə keçiriləcək referendumdan danışarkən Moskvanın bu istiqamətdə heç bir addım planlaşdırmadığını bildirmişdi.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar qeyd etmişdi ki, Cənubi Osetiya konkret təkliflər göndərsə, onlara baxılacaq.
Rəsmi Tbilisi Alan Alborovun açıqlamasına hələ reaksiya verməyib.
Cənubi Osetiya “müstəqilliyini” 1990-cı ildən elan edib.
Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyət hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib.
Bu, Cənubi Osetiya müharibəsinə səbəb oldu və bölgə Rusiyanın dəstəyi ilə de-fakto müstəqillik əldə etsə də, heç bir dövlət tərəfindən tanınmayıb.
2008-ci il Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsindən sonra Kreml Cənubi Osetiyanın müstəqilliyini tanıdığını elan etdi.
Ardınca Nikaraqua, Venesuela, Nauru, Suriya Cənubi Osetiyanın müstəqilliyini tanıdılar.
The post Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər appeared first on MEYDAN.TV.
]]>The post Lui Bono Mirzoyandan sonra Bayramovla da görüşdü appeared first on MEYDAN.TV.
]]>ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri sülhlə bağlı müzakirələr aparıb
Martın 18-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Tərəflərin Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Bakı və Yerevan arasında normallaşma prosesinin bir sıra aspektlərini müzakirə etdikləri bildirilir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.
“Nazir Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub”, – deyə Mətbuat İdarəsi əlavə edib.
Martın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşmüşdü.
A.Mirzoyan həmsöhbətinə Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiq olduğunu və Alma-Ata Bəyannaməsi və hüquqi əsası olan xəritələr əsasında gələcək delimitasiya prosesini söyləmişdi.
The post Lui Bono Mirzoyandan sonra Bayramovla da görüşdü appeared first on MEYDAN.TV.
]]>The post Almaniya Rusiyadakı seçkilərin nəticələrini tanımayıb appeared first on MEYDAN.TV.
]]>Şolts Putini təbrik etməyəcək
Almaniya hökuməti Rusiyada keçirilən Prezident seçkisinin nəticələrini tanımadığını açıqlayıb.
Bildirilir ki, Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini təbrik etməyəcək.
Bu barədə Almaniya hökumətinin rəsmisi Kristian Hofman açıqlama verib.
Onun sözlərinə görə, hazırda Rusiya ilə təmaslar azalıb:
“Ümumiyyətlə, məntiqli olarsa, biz Putinlə danışmağa hazırıq. Amma indi belə planlar yoxdur”.
“Biz açıq şəkildə bildirdik ki, seçkiləri legitim saymırıq. Həftə sonu Rusiyada keçirilən bu qondarma seçkiləri nə azad, nə də ədalətli hesab edirik. Nəticə əvvəlcədən bəlli idi. Bizim qiymətləndirməmizə görə, bu seçkilər demokratik deyildi, hədə-qorxu mühiti və həbslər vardı. Bu gün Rusiya kanslerin artıq bəyan etdiyi kimi, Vladimir Putin tərəfindən avtoritar şəkildə idarə olunan diktaturadır”, – deyə Hofman fikrini yekunlaşdırıb.
Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səslə qalib gəldiyi bildirilir.
Rusiya MSK-nin məlumatına görə, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 5,09, Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov 4,21, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski isə 3,04 faiz səs toplayıb.
Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.
2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.
2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.
O, hazırda Təhlükəsizlik Şurasının sədridir.
The post Almaniya Rusiyadakı seçkilərin nəticələrini tanımayıb appeared first on MEYDAN.TV.
]]>The post Rza Səfərsoyun işi məhkəməyə göndərilir: “Müstəntiq dedi ki, prokuror sənədlərin surətini çıxarmağa qoymur” appeared first on MEYDAN.TV.
]]>Təranə Səfərsoy: “Şüvəlan təcridxanasında 5 nəfərlik otaqda 20 nəfər saxlanılır”
Həbsdəki siyasi fəallardan biri – özünü Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoyun işi üzrə istintaqı başa çatıb. Qanunsuz silah saxlamaqda ittiham olunan Rza Səfərsoy haqqında cinayət işi baxılması üçün yaxın günlərdə Xəzər Rayon Məhkəməsinə göndəriləcək.
Siyasi fəalın vəkili Nazim Musayev istintaqda həm müvəkkilinin, həm də müdafiəçi olaraq, özünün hüquqlarının pozulduğunu deyir. Vəkilin sözlərinə görə, istintaq başa çatandan sonra cinayət işinin materiallarıyla tanış olma mərhələsində təqsirləndirilən şəxs və müdafiəçisinin sənədlərin surətini götürmək hüququ var. Çünki sonradan məhkəmə prosesində şəxsin hüquqi müdafiəsinin həyata keçirilməsi üçün əlində sənədlərin olması vacibdir.
Vəkil deyir ki, Rza Səfərsoyun işində müstəntiq onların bu hüququnu məhdudlaşdırılıb:
“Cinayət işinin materiallarıyla tanış olmaq istəyəndə müstəntiq məni xəbərdar elədi ki, yalnız Rza Səfərsoyun imzası olan sənədlərin surətini çıxara bilərəm. Səbəbini soruşdum. Cavab verdi ki, prokurorun və istintaqın rəisinin göstərişi belədir”.
Nazim Musayev vurğulayıb ki, bu, müdafiə hüququnun həyata keçirilməsinə əngəl yaratmaqdır.
Rza Səfərsoy 2023-cü ilin noyabrından həbsdədir. İddia olunur ki, onun evindən silah tapılıb. Həyat yoldaşı Təranə Səfərsoy isə onun sifarişlə həbs olunduğunu, silahın axtarışa gələnlərin özləri tərəfindən evə qoyulduğunu bildirir.
Noyabrın 24-də Səfərsoylar ailəsinin Xəzər rayonu, Binə-sovxoz adlanan ərazidəki evlərində aparılan axtarış tədbirinin qanunsuz hesab edilməsi üçün bir müddət öncə vəkil məhkəməyə şikayət vermişdi. Lakin şikayət təmin olunmadı.
Təranə Səfərsoy deyir ki, həyat yoldaşı 4 aydır ki, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanılır. Onun sözlərinə görə, Şüvəlan təcridxanadasında Rza Səfərsoyun saxlandığı kamera 5 nəfər üçün nəzərdə tutulsa da, 20 nəfər qalır:
“Həbs həyatı, üstəlik, belə bir şərait saxlanma Qarabağ qazisi, 2-ci qrup əlil olan Rza Səfərsoy üçün ölüm deməkdir. Rza Səfərsoy ictimai-siyasi fəaliyyətinə, sosial şəbəkələrdəki paylaşımlarına, internet kanalarındakı çıxışlarına görə cəzalandırılır. Buna görə evinə qanunsuz basqın edilib, şərlənərək həbs olunub. Rza bəy yaşam mücadiləsi verir. Dərhal azad edilməsə, ixtisaslaşmış xəstəxanada müayinə, müalicə olunmasa, onu hər an itirə bilərik”.
Təranə Səfərsoy bildirib ki, noyabrın 24-də polislər evdə axtarış aparanda onu iki saata yaxın avtomobildə saxlayıblar. Evdən kompüter, mobil telefon və başqa texniki avadanlıqları aparıblar.
Vəkil Nazim Musayev də Rza Səfərsoyun səhhətində problemlər olduğunu təsdiqləyib. Müdafiəçinin sözlərinə görə, bugünlərdə istintaq təcridxanasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri müayinə edib:
“Onun ürək kardioqrammasını çıxarıblar, analiz götürüblər. Deyiblər ki, nəticəsini Tibb Baş İdarəsinə təqdim edəcəyik”.
Rza Səfərsoy bundan öncə də məhz “Facebook” paylaşımlarına görə həbsdə olub.
O, 2018-ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə 7 ay həbsdə saxlanmışdı. Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələrilə ittiham olunan Rza Səfərsoya Səbail Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, müddəti 7 aya endirib, 2019-cu il fevralın 11-də onu məhkəmə zalından azad etmişdi.
Qarabağ müharibəsi veteranı olan Rza Səfərsoy həm də ikinci qrup əlildir. O, Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. Lakin səhhətindəki problemlərə görə ehtiyata buraxılıb.
The post Rza Səfərsoyun işi məhkəməyə göndərilir: “Müstəntiq dedi ki, prokuror sənədlərin surətini çıxarmağa qoymur” appeared first on MEYDAN.TV.
]]>The post Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir appeared first on MEYDAN.TV.
]]>Deputatın məcburi gətirilməsi barədə vəsatət qaldırıldı: “Bizim ona veriləsi suallarımız var”
Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər isə zərərçəkmiş qismində tanınan deputatın məhkəmədə iştirakını tələb edir.
Deputata qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.
Bundan əvvəl təqsirləndirilən şəxslər bir neçə dəfə zərərçəkmişin məhkəmədə iştirakının təmin olunmasını tələb etmişdilər. Fazil Mustafa özü gəlməsə də, məhkəmə prosesində onun nümayəndəsi iştirak edir. Lakin təqsirləndirilən şəxslər bildirirlər ki, deputatın özünə veriləcək sulları var, onlara nümayəndəsi cavab verə bilməz.
Təqsirləndirilən 5 nəfərin hamısı – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Elşad Əsgərov və Rəşad Əhmədov məhkəmədə dindirilib. Budəfəki məhkəmə prosesində hakim şahidlərin dindirilməsinə başlamaq istəyəndə təqsirləndirilən şəxslər və vəkilləri etiraz edib. Onlar əvvəl zərərçəkmişin dindirilməsini istəyiblər.
“Siz məhkəmə olaraq, prosesin aparılması qaydasını müəyyənləşdirərkən qərar vermişdiniz ki, əvvəl təqsirləndirilən şəxslər, ardınca zərərçəkmiş, daha sonra şahidlər dindirilsin. Məhkəmə özü öz qərarına əməl etməlidir. Zərərçəkmişi dindirmədən şahidlərə keçmək olmaz”, – vəkillər etirazlarını əsaslandırıb.
Müdafiəçilər əlavə edib ki, dindiriləcək şahidlər hadisəni görməyib. Məhkəmədə hadisə əvvəl təqsirləndirilən şəxslərin dilindən səslənib, lakin qarşı tərəf danışmayıb. Bu mənada da zərərçəkmişin nə deyəcəyi vacibdir.
Hakim Elnur Nuriyev bildirib ki, hər məhkəmə iclasından əvvəl zərərçəkmişə bildiriş göndərilir, proses barədə məlumat verilir, lakin o gəlmir.
Vəkillər Fazil Mustafa haqqında məcburi gətirilmə qərarı çıxarılmasını istəyiblər. Onlar bu barədə vəsatət qaldırıblar.
Lakin hakimlər bu vəsatəti təmin etməyib, zərərçəkmiş dindirilmədən məhkəməyə çağırılmış şahidlərin ifadələrinə başlamaq qərarı verib.
Təqsirləndirilən şəxslərdən biri Azər Səricanov məhkəmənin qərarına belə reaksiya verib:
“Onsuz da hamı bilir ki, bu, məhkəmə deyil, hamısı oyundur, şoudur”.
Bundan sonra şahidlərin dindirilməsi başlayıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Elməddin Əliyevin ifadəsindən məlum olub ki, o, Zabrat qəsəbəsində, Fazil Mustafanın yaşadığı evin yaxınlığında yaşayır. Hadisə vaxtı atəş səsi eşidib küçəyə çıxdığını deyən şahidin sözlərinə görə, ətrafda heç bir hadisə görməyib, nə baş verdiyini də bilməyib. Lakin kürəyində boz rəngli çanta, başında papaq olan ucaboy bir adam onun yanından keçib gedib. Onun sözlərinə görə, yanından keçən həmin şəxs həyəcanlı görünmürdü:
“Təxminən mənimlə yaşıd olardı”.
Elməddin Əliyev istintaqa ifadəsində bildirib ki, gördüyü şəxs yanından keçəndə yerə tüpürüb. Həmin adamın boyu 1 metr 72 santimetr, yaşı isə 30 olardı.
Həmin ərazidə yaşayan digər şahid İslam Zeynalov bildirib ki, o, hansısa hadisənin yox, səsin şahidi olub. O da atəş səsi eşidib, küçəyə çıxıb, lakin heç nə görməyib. Onun sözlərinə görə, 6-8 dəfə atəş açılıb. Uzun illər hərbçi işlədiyini, hazırda ehtiyatda olan zabit olduğunu deyən İslam Zeynalovun sözlərinə görə, səsindən güllənin hansı silahdan açıldığını müəyyənləşdirə bilir. Atəş səslərindən müəyyənləşdirib ki, güllələr “Kalaşnikov” avtomatından atılıb:
“6-8 güllə atıldı. “7.62”nin səsi idi”.
Daha sonra məhkəmədə Samir Eyyubov, Saleh Ağayev də şahid qismində ifadə verib.
Saleh Ağayev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Səbuhi Şirinovun Binəqədi rayonu ərazisində yerləşən evində axtarışda iştirak edib. Evdən dini məzmunlu kitablar, 15 min manat da pul tapılıb. Pulları onun gözünün önündə sayıblar.
Səbuhi Şirinov isə bildirib ki, onun evində pul olmayıb, 15 min manat isə saxlanılanda üstündə olub. O, hal şahidi kimi dindirilən şəxslərin onun evindəki axtarışda iştirak etmədiklərini deyib.
Məhkəmə prosesi martın 29-da davam edəcək.
Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.
İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.
Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.
The post Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir appeared first on MEYDAN.TV.
]]>The post Azərbaycanlı nazirlər Stoltenberqlə bölgədəki vəziyyəti müzakirə ediblər appeared first on MEYDAN.TV.
]]>Müdafiə naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib
Martın 18-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
General-polkovnik Z.Həsənov 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Zakir Həsənov Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyətlə bağlı danışıb:
“Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurları, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Y.Stoltenberq Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb:
“Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”.
Xarici İşlər naziri Ceyhun Bayramovla NATO-nun Baş katibi Yens Stoltenberq arasındakı görüşdə əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət müzakirə olunub:
“Beynəlxalq sülh və təhlükəsizliyə töhfəyə istiqamətlənən əməkdaşlığımızın eyni zamanda müvafiq sahə üzrə islahatlar, təkmilləşdirmə və ixtisasartırma fəaliyyətində öz əksini tapdığı qeyd edilib”.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib:
“Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcudluğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb”.
Azərbaycan-NATO münasibətləri 1992-ci ilin martında başlayıb.
Həmin il Azərbaycan təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv qəbul edilib.
1994-cü ildə Azərbaycan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurasına da qoşulub və NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb
The post Azərbaycanlı nazirlər Stoltenberqlə bölgədəki vəziyyəti müzakirə ediblər appeared first on MEYDAN.TV.
]]>The post Hafiz Babalı: Barəmdəki ittiham gülünc, ağ yalan və böhtandır appeared first on MEYDAN.TV.
]]>Jurnalist Prezidentə, nazirə və Ombudsmana müraciət edib
Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib.
Bildirib ki, o, saxta ittihamla həbsdədir.
“İttihamda əks olunan valyuta qaçaqmalçılığına dair qurama məlumatlardan qanunsuz saxlanılarkən xəbər tutmuşam. Qeyd olunan maddənin dispozisiyasındakı hallar, eləcə də mənə qarşı irəli sürülən ittihamların heç bir sübutu yoxdur, ola da bilməz”.
Jurnalist bildirib ki, o, cinayət işində bəhs olunan 2022-2023-cü illər ərzində iddia edilən valyuta qaçaqmalçılığının heç bir mərhələsində iştirakçı olmayıb.
“2019-cu ilin noyabr ayından etibarən AR Dövlət sərhədlərini keçməmişəm. Qaçaq malı kimi xaricdən valyuta gətirilməsinin planlaşdırılması, təşkili, sərhəddən qanunsuz keçirilməsi, qəbulu və bölüşdürülməsində hər hansı şəkildə və statusda iştirak etməmişəm. Mənim ittihamda göstərilən qabaqcadan əlbir olan qrupa heç bir aidiyyatım yoxdur”.
Hafiz Babalı bildirib ki, cinayət işində adı keçən Ülvi Həsənli və Sevinc Abbasovanı jurnalist kimi tanıyır. Onların guya ölkəyə gömrük nəzarətindən kənar valyuta gətirmək niyyətindən xəbərsiz olub:
“Onlarla bu haqda söhbətim olmayıb. Mənim heç bir kəslə cinayətkar razılaşmam olmayıb və iddia edilən bu qurama razılaşmada üzərimə qoyulan funksiya mövcud deyil. Mən abzas.net internet saytında yayımlanmış 6 jurnalist araşdırmasının müəllifiyəm. Bunu nə ictimaiyyətdən, nə də istintaq orqanından gizlətmişəm. Mənə qarşı müxtəlif maliyyə əməliyyatlarında iştirak etməklə xeyli miqdarda gəlir əldə etmək ittihamının heç bir maddi dəlili yoxdur. Nəzərə alsaq ki, “xeyli miqdar” dedikdə 50.000-200.000 manat başa düşülür. O zaman bu ittiham gülünc, ağ yalan və böhtandır”.
Jurnalist əlavə edir ki, “AbzasMedia”ya təqdim etdiyi məqalələrin redaktə edilməsi məqsədi ilə 4 (dörd) dəfə redaksiyaya gedib. Bu, heç bir halda cinayət işi üzrə təqsirləndirilən şəxslərlə birgə fəaliyyət göstərmək kimi tövsif oluna bilməz:
“Jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini “tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səvadsızlığıdır. 2023-cü il noyabrın 20-də cinayət işində göstərilən ünvanda aşkar edildiyi iddia olunan xarici valyuta sərvətinin mənə heç bir aidiyyatı yoxdur. Beləliklə, göründüyü kimi, istintaq orqanının mənə qarşı irəli sürdüyü ittihamların ayrı-ayrılıqda, eləcə də məcmu halında heç bir hüquqi əsası mövcud deyil”.
Sonda Hafiz Babalı Prezidentə müraciətlə bunları deyib:
“Əminəm ki, həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bunu BŞBPİ-nin vəsatətlərimə dair 14 dekabr 2023-cü il tarixli qərarları təsdiq edir. “Vəsatətlərə baxılması haqqında” 14.12.2023-cü il tarixli qərarda göstərilir ki, “H. Babalı mütəmadi olaraq qrup üzvləri Ü. Həsənov və S. Abbasova ilə təmasda olub, onların birgə fəaliyyət göstərdiyi ofisə gedib-gəlib, onların tapşırığı əsasında pul müqabilində materiallar hazırlayıb”.
Jurnalist deyir ki, həmin qərarda həmçinin, göstərilir ki, cinayət məsuliyyətinə cəlb olunması ictimai fəaliyyətilə bağlı deyil:
“Halbuki mən 1992-ci ildən bəri fasiləsiz olaraq peşəkar jurnalistika fəaliyyəti ilə məşğulam. Cəmiyyətdə ekspert, ictimai xadim kimi tanınıram. Bu qərarda, eləcə də həmin tarixli digər qərarda (vəsatətlərə baxılması haqqında) qərəzli şəkildə yalan məlumat verilir ki, mən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta vəsaitləri gətirmişəm.
Cənab Prezident, mən öz dövlətini sizin qədər sevən, qanunun hərfinə hörmət edən vətəndaşam. Jurnalist kredom obyektivlik, qərəzsizlik, həqiqətpərvərlikdir. İndiyədək irili-xırdalı 200-dən çox müstəqil jurnalist araşdırmasının müəllifiyəm. Məmur sahibkarlığı, dövlət büdcəsinin talan edilməsi, çirkli pulların ölkə ərazisində və onun hüdudlarından kənarda yuyulması və s. Korrupsiya əməlləri araşdırmalarımın əsas mövzularıdır. Bu araşdırma məqalələri “Turan” İA, “Azadlıq Radiosu”, Meydan TV, “Sancaq Media”, “Open Azerbaijan”, “AbzasMedia”, eləcə də, “Open Media Hub”, “Radio Free Europe/Radio Liberty” beynəlxalq media resurslarında dərc olunub. Həmin ifşaedici təhqiqat materialları üzrə mənə qarşı böhtan və s. ittihamlarla məhkəmə iddiası qaldırılmayıb”.
Hafiz Babalı bildirir ki, “AbzasMedia” ilə əməkdaşlığı özəyində tamah niyyəti durmuş olsaydı, xeyli miqdarda pul qarşılığında araşdırmaçı-jurnalist fəaliyyətini dayandırmaq barədə şirnikləndirici təkliflərlə razılaşardı:
“Cənab Prezident, mən cinayətkar deyiləm, jurnalistika da cinayət deyil. Fəaliyyətimdə rəhbər tutduğum prinsiplərdən biri sizin ictimaiyyətə və jurnalistlərə bəzi məmurların qanunsuz əməllərinə dair siqnal vermək haqda müraciətiniz olub. Vəzifəsindən azad edilən və həbs olunan bəzi məmurların cəzalandırılmasını mən həm də öz araşdırmalarımın nəticəsi kimi qiymətləndirmişəm.
Hörmətli Prezident, yazdıqlarımı nəzərə alaraq, barəmdə olan cinayət işini şəxsi nəzarətə götürməyi, mənə qarşı təqibin dayandırılması haqda göstəriş verməyinizi xahiş edirəm”.
Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.
Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.
Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.
Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.
The post Hafiz Babalı: Barəmdəki ittiham gülünc, ağ yalan və böhtandır appeared first on MEYDAN.TV.
]]>The post Putin Navalnının ölümündən danışdı: “Onu dəyişməyə razılaşmışdım” appeared first on MEYDAN.TV.
]]>Rusiya Prezidenti siyasətçinin ölümünü “kədərli hadisə” adlandırıb
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə müxalif siyasətçi Aleksey Navalnının koloniyada ölümü ilə bağlı danışıb.
“Cənab Navalnıya gəlincə… Bəli, o vəfat etdi. Bu, kədərli bir hadisədir. Bax, bizdə başqa hallar da olub ki, azadlıqdan məhrumetmə yerlərində olan insanlar ölüb. Bu ABŞ-da baş verməyibmi? Dəfələrlə baş verib”, – deyə Putin bildirib.
V.Putinin sözlərinə görə, Aleksey Navalnını Qərbdəki məhbuslarla dəyişməyə razı olub:
“Yeri gəlmişkən, sizə deyim: cənab Navalnı vəfat etməzdən bir neçə gün əvvəl bəzi həmkarlarım mənə dedilər ki, onu Qərb ölkələrində həbsdə olan bəzi insanlarla dəyişmək ideyası var. Mənə inana da, inanmaya da bilərsiniz. Mənimlə danışan şəxs hələ cümləsini bitirməmişdi və mən artıq dedim: “Razıyam”. Onu bir şərtlə dəyişməyə razılaşdım ki, bir də qayıtmasın. Təəssüf ki, bu hadisə baş verdi. Amma həyatda belə şeylər də olur, bununla bağlı heç nə etmək olmaz. Bu, həyatdır”.
Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.
Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.
The post Putin Navalnının ölümündən danışdı: “Onu dəyişməyə razılaşmışdım” appeared first on MEYDAN.TV.
]]>