”Boeing” şirkəti böyük həcmli müqavilədən məhrum olub

Son yarımil ərzində “Boeing 737 MAX” tipli iki təyyarə qəzaya uğrayıb. İndoneziyada və Efiopiyada baş verən qəzalarda ümumilikdə 346 nəfər ölüb

Source: google.az

İndoneziya sifariş verdiyi 49 ədəd “Boeing 737 MAX” təyyarəsindən imtina edib

“Boeing” şirkəti İndoneziyanın milli aviaşirkəti olan “Garuda İndonesia” ilə olan müqaviləsindən məhrum olub.


“France-Press”

Agentliyinin məlumatına görə, müqavilə 49 ədəd “Boeing 737 MAX” təyyarəsini əhatə edirdi.

Satınalmanın qiyməti onlarla milyard dollar təşkil etməli idi.

Müqavilə sərnişinlərin bu təyyarələrdə uçmaq qorxusu ilə bağlıdır.

“Biz “Boeing” şirkətinə sifarişin ləğv edilməsi ilə bağlı məktub göndərmişik. “Garuda” sərnişinləri “Boeing 737 MAX” təyyarəsinə etimadlarını itiriblər və onunla uçmaq istəmirlər”, bunu aviaşirkətin nümayəndəsi deyib.

Agentlik bildirib ki, bu, “Boeing 737 MAX” tipli təyyarənin Efiopiyada qəzasından sonra ləğv edilən ilk müqavilədir.


XATIRLATMA

Son yarımil ərzində “Boeing 737 MAX” tipli iki təyyarə qəzaya uğrayıb. İndoneziyada və Efiopiyada baş verən qəzalarda ümumilikdə 346 nəfər ölüb.

Bundan sonra bir çox ölkələr və ayrı-ayrı şirkətlər bu tipli təyyarələrin uçuşuna qadağa qoyublar.


AZƏRBAYCAN

Azərbaycanın milli aviadaşıyıcısı olan “AZAL” şirkətinin prezidenti

Cahangir Əsgərov

bəyan edib ki, yaxın üç il ərzində 10 belə təyyarə Azərbacana gətiriləcək.

Ana səhifəXəbərlər”Boeing” şirkəti böyük həcmli müqavilədən məhrum olub