Ədalət Əliyev və Cahangir Əsgərov

Source: google.az

Caption: Ədalət Əliyev və Cahangir Əsgərov

Cahangir Əsgərovun bəyanatı suallar yaradıb

Article was updated on :  14 March 2019

Ədalət Əliyev: ''O təyyarənin 10 dənəsini birdən almırlar''

Bir çox ölkənin və aviaşirkətlərin Efiopiyada baş verən qəzadan sonra “Boeing 737 MAX 8” təyyarəsindən imtina etməsi fonunda AZAL prezidenti Cahangir Əsgərovun yaxın üç il ərzində 10 belə modelin gətiriləcəyi barədə bəyanatı birmənalı qarşılanmayıb.

Belə ki, dünyada aviasiya təhlükəsizliyi üzrə mütəxəssislərin “Boeing 737 MAX 8” təyyarəsinin son beş ayda iki dəfə qəzaya uğramasının səbəblərini hələ aydınlaşdırmadığı bir zamanda C.Əsgərovun həmin modellərdə proqram təminatında problemin olmasının və bunların Azərbaycana gətirildikdən sonra aradan qaldırılacağı ilə bağlı sözləri sərnişinlərin təhlükəsizliyi baxımından bir sıra suallar yaradıb.

Bu suallar həmçinin istehlakçı hüquqları müdafiəsi baxımından da aktuallıq kəsb edir. Misal üçün, sərnişin hər hansı bir reysə bilet almazdan əvvəl hansı model təyyarə ilə uçacağını əvvəlcədən necə müəyyən edə bilər? Bu suala Azərbaycan internet məkanında cavab tapmaq mümkün olmadığından, Rusiya saytlarında məsələ ilə bağlı hansı informasiyanın olduğunu aydınlaşdırmağa çalışdıq.

Mənbələrin birində deyilir ki, avia şirkətlər çoxlu sayda məlumatı hər bir marşruta şamil edilən kodla şifrələyirlər.

Marşrutun kodu və seriyası reys haqqında bir çox məlumatı, o cümlədən reysi həyata keçirəcək təyyarənin modeli haqqında informasiyanı özündə cəmləyir. Reysin nömrəsi latın əlifbasının iki hərfi və dörd rəqəmdən ibarət olur. Məsələn, SU0414 və ya TK0383. Kodu bileti bron edən zaman və ya aeroportun rəsmi səhifəsində görmək olar.

Digər bir mənbə isə məsləhət görür ki, bileti almazdan əvvəl həmin reys üzrə bütün uçuşların siyahısına baxıb, bu reys üzrə aviaşirkətin adətən hansı təyyarə modelindən istifadə etdiyini öyrənmək lazımdır.

Digər bir məsləhət kimi bildirilir ki, flightradar24.com səhifəsinə daxil olub lazımi reysin nömrəsini göstərmək lazımdır. Orada aeroportlar və aviaşirkətlər üzrə axtarış da aparmaq olar.

Siyahıda uçuşun tarixini seçmək lazımdır. “Aircraft” bölməsində göstərilən beş hərfi götürüb “planespotters.net” saytında axtarışa vermək lazımdır.

Bu kodu tıklayan zaman son yeddi gündə reys üzrə təyyarənin uçuşlarını görmək olar.

“planespotters.net” saytında həmçinin təyyarənin qeydiyyat nömrəsi ilə onun yaşını, ilk uçuşun tarixini, istehsal ölkəsini, modelini, hansı aviaşirkətlərə vaxtilə məxsus olduğunu, fotosunu, qeydə alınan qəza hadisələri ilə bağlı məlumat almaq olar.

Bu arada Ermənistan da“Boeing 737 MAX 8” təyyarəsinin uçuşlarına qadağa qoyub. Ölkənin Mülki Aviasiya Komitəsi bildirib ki, qadağa Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin direktivi və bir sıra ölkələrin təcili xəbərdarlığı əsasında qoyulub. Qadağa martın 13-dən apelin 13-ə qədər qüvvədə olacaq.

ABŞ prezidenti Donal Tramp da adıçəkilən təyyarə modelinin uçuşlarının təcili dayandırılması barədə göstəriş verib. Şirkət özü də bununla razılaşaraq, Federal Mülki Aviasiya idarəsinə bu modeldə olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tövsiyə edib.

AZAL-ın keçmiş rəhbəri Ədalət Əliyev də Meydan TV-yə Trampın həmin modellə bağlı göstərişini xatırladıb.

“Görünür orada çox ciddi problemlər var, həmin məsələlər araşdırılmalıdır. Mən Cahangir Əsgərovun bəyanatını şərh etmək istəmirəm. Amma peşəkar bir adam kimi deyə bilərəm ki, o təyyarənin 10 dənəsini birdən almırlar”.

Sərnişinlərin təhlükəsizliyinə gəlincə, Ədalət Əliyev deyib ki, uçuşa buraxılan bütün təyyarələrin sertifikatı olur:

“Beynəlxalq Mülki Aviasiya Təşkilatı var. Onların razılığı olmadan heç bir təyyarə uçuşa buraxılmır. Əminəm ki, “Boeing 737 MAX 8” təyyarələrində olan problem tapılıb aradan qaldırılmayınca, onlarla uçuş həyata keçirilməyəcək”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  14 March 2019
Featured in:  
Shortlink:   http://mtv.re/t29g5a

Most Viewed