Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü

Prezident Administrasiyasının qarşısına toplaşan valideynlər övladlarına verilən işgəncələrdən danışırlar. Hadisələr 2017-ci ildə başlayıb. Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdə xidmət edən bir neçə hərbi qulluqçu istintaqa cəlb olunub. İstintaqın yekununda onlara Cinayət Məcəlləsinin dövlətə xəyanət madəsindən tutmuş 10-dan artıq maddə ilə ittiham verilib. İnstintaqda dindirilən hərbçilərdən bir neçəsinin isə oradan meyiti çıxıb.

Bu istintaqla bağlı heç bir rəqəm yoxdur. Dövlət qurumlarından cinayət işinə görə neçə nəfərin istintaqa cəlb olunduğu, neçə nəfərə ittiham elan edildiyi, neçəsinin istintaq dövründə öldürüldüyü, həbs edildiyi və daha başqa suallara cavab almaq olmur. Məhkəmələrin hamısı qapalı keçirilib. Əlimizdə yalnız Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı var.

Qərarda qeyd olunur ki, hərbi qulluqçuların bir neçəsi erməni hərbçilərinin seksual zorakılığına məruz qalıb və telefonla çəkilib. Videoların internetə yerləşdirilməməsi qarşılığında onlar ermənilərə casusluq etməyə razı olublar. Digər hərbçilərin isə ermənilərin verdiyi 300 manat qarşılığında onlara məlumat ötürdükləri yazılıb. Bu qərarla Tərtər Hərbi Məhkəməsinin 7 nəfərə 9 ildən 18 ilə qədər həbs verdiyi hökm qüvvədə saxlanılıb. Valideynlər isə istintaqın bu haqda heç bir sübut göstərmədiyini bildirir.

10 il azadlıqdan məhrum edilən Məcid Qasımovun atası Kamal Qasımov oğlu dindirmədən sonra müvəqqəti evə buraxılanda ona başına gələnləri danışmasını istəyib və səsini yazıb. "Üzü maskalı müstəntiqlər idi, olmayan şeyi deyin deyirdilər. Yanımda, ayağımın altında iki nəfər ölüb. Mən işgəncəyə dözə bilməmişəm, onların dedikləri ilə razılaşmışam".
Valideynlər bildirirlər ki, cinayət işi ilə bağlı ümumilikdə 38 məhkəmə prosesi keçirilib. İttiham olunanların əksəriyyətini dövlətin təyin etdiyi vəkillər müdafiə edib. Valideynlər deyirlər, onların tutduqları vəkillərə təzyiq olunub və onlar işə çıxmaqdan imtina ediblər.

Hazırda Almaniyada yaşayan Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirir ki, bu hadisədə xeyli şübhələr və suallar var. O, istintaqa yüzlərlə hərbi qulluqçunun cəlb olunduğunu,dindirildiyini, öldürüldüyünü, zorakılığa məruz qaldığını amma bununla bağlı heç kimin məsuliyyətə cəlb edilmədiyini vurğulayır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirir ki, iş məhkəməyə getdiyindən prokurorluq məsələ ilə bağlı heç bir şərh verə bilməz.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyir ki, istintaq zamanı hər hansı qanunsuz hərəkət ola bilməz. Əlavə edir ki, istintaqda qanunsuz hərəkət olarsa, mümkün deyil ki, münasibət bildirilməsin. İstənilən təqsiri olan şəxs müvafiq məsuliyyətə cəlb edilir.

Amma işgəncə və ölüm faktına görə kimlərin məsuliyyətə cəlb olunduğu sualına mətbuat katibi cavab verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/773ht0

Most Viewed